İranın Xarici İşlər Naziri Məhəmməd cavad Zərif Təbriz şəhərində Şərqi azərbaycan əyalətinin qubernatooru ilə görüşündə deyib: "Təbriz və Şərqi Azərbaycan qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrinin inkişafında çox təsirli, vacib və həlledici rola malikdirlər."
Gunaz.tv
Zərif iki ölkə arasında yeni münasibətlərin qurulması üçün əlaqədar məsulların və özəl sektorun ciddi fəaliyyətləri üçün yeni fürsətlərin yarandığını və Xarici İşlər Nazirliyinin bu sahədə əməkdaşlığa hazır olduğunu söyləyib.
"İRNA"nın verdiyi xəbərə görə, İranın XİN başçısı bölgəyə son səfəri və Culfa gömrüyündən keçirdiyi görüşü xatırladaraq, Şərqi Azərbaycan əyalətinin potensialından “İranın beynəlxalq dəhlizlərdən istifadəsi və bölgə bazarlarında rol oynaması üçün yararlanmağın vacibliyini bildirib.
Şərqi Azərbaycan əyalətinin qubernatoru Məhəmmədrza Purməhəmmədi Culfa-Naxçıvan dəmir yolunun qurulması və Xudafərin gömrüyünün açılmasını İranın Azərbaycan Respublikası ilə iqtisadi-ticari əlaqələrinin asanlaşmasında və Qarabağın yenidən qurulmasında iştirakında iki mühm amil olduğunu deyib.
Xatırladaq ki, Qeyd etmək lazımdır ki, Qarabağın və başqa işğal olunmuş torpaqların azad edilməsi uğrunda aparılan əməliyyatlarda sərgilədiyi ədalətsiz mövqeyə görə Arazın hər iki tayında azərbaycanlıların ciddi qınağına tuş gələn Tehran hökuməti, azad edilmiş bölgələrin yenidənqurulma işlərində pay almaq üçün ciddi səylər göstərir.
İran hökuməti bunun üçün Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin qubernatorluqlarına əlavə səlahiyyətlər verib.
Mövqeyinə görə azərbaycanlılar tərəfindən qınanılan Tehran hökuməti maraqlarını təmin etmək və Qarabağa girmək üçün Azərbaycan əyalətlərinin adı arxasında gizlənir.
C.E