SON XƏBƏRLƏR

Medalı atan erməni cəzalanacaq

2021.10.20, 07:36
Medalı atan erməni cəzalanacaq

Gunaz.tv
Medalı atan erməni cəzalanacaq İsveçin yunan-Roma güləşi üzrə yığma komandasının üzvü, qazandığı bürünc medalı yerə ataraq mükafatdan imtina edən Ara Abrahamyan (84 kq-dək çəki dərəcəsi) əməlinə görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən cəzalandırılacaq. Avqustun 14-də yarışda üçüncü yeri tutan Abrahamyan mükafatlandırma mərasimində medalı yerə atmışdı. O, 1/2 finalda qarşılaşdığı italyan Andrea Minqussiyə qələbənin verilməsinə etiraz edib. "Komitənin İntizam Komitəsi baş vermiş hadisənin təfsilatlarını araşdıracaq və İsveç yığmasının üzvünə cəzanı müəyyənləşdirəcək", - BOK nümayəndəsi Emmanuel Moro deyib. Güləşçinin özü isə Pekin Olimpiadasındakı hakimləri ədalətsiz sayır. "Buna finala çıxmaq uğrundakı qarşılaşmada hakimlərin qərarı da dəlalət edir. Olimpiadaya qızıl medal üçün gəlmişdim və bu oyunları özüm üçün uğursuz hesab edirəm", - A.Abrahamyan deyib. ---------------------------------------------------------------------- Kondaliza Raysın Gürcüstana səfəri başa çatıb Birləşmiş Ştatların dövlət katibi Kondaliza Raysın Gürcüstana bir günlük səfəri başa çatıb. Tbilisidə aparılan danışıqların məhsuldar keçdiyini bəyan edən dövlət katibi, prezident Mixail Saakaşvilnin münaqişənin həlli planını imzalamasını sülh yolunda müsbət addım kimi dəyərləndirib. Kondoliza Rays rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasının sürətlənəcəyinə ümid etdiyini deyib. Səfərin sonunda Kondoliza Rays Tbilisidəki xəstəxanalarda müalicə olunan yaralı əsgərlərə də baş çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar