Milli-mədəni fəalın saxlanılma hadisəsi yanvar ayının 22-də baş verib.
Gunaz.tv
Milli-mədəni fəal Vəli Zöhrabi(Oxtay) yanvar ayının 22-i, cümə günü, axşam saat 20:00 radələrində Urmu-Qoşaçay yolunda mülki geyimli təhlükəsizlik məmurları tərəfindən şəxsi avtomobilində saxlanılıb.
Saxlanılan mədəni fəal Soyuqbulaq şəhərinin təhlükəsizlik idarəsinə aparılaraq dindirilib. Saatlarla dindirildikdən sonra V.Zöhrabinin mobil telefonu və başqa şəxsi əşyalarını müsadirə edən təhlükəsizlik məmurları onu səhər saat 03:00 radələrində şəhərdən qıraqda buraxıblar.
Xatırladaq ki, V.Z(Oxtay) dəfələrlə təhlükəsizlik məmurları tərəfindən qondarma ittihamlarla saxlanılaraq zorakılıq və təzyiqlərə məruz qalıb.
C.E