SON XƏBƏRLƏR

Mədəniyyətlərarası dialoqda qadınların roluna həsr edilən konfrans davam edir

2021.10.20, 07:36
Mədəniyyətlərarası dialoqda qadınların roluna həsr edilən konfrans davam edir

Gunaz.tv
Mədəniyyətlərarası dialoqda qadınların roluna həsr edilən konfrans davam edir mehriban_aliyeva.jpg Konfransın sonunda Bakı Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən iki günlük beynəlxalq konfrans davam edir. Konfransda çıxış edən Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyə Cəbra bildirib ki, Beynəlxalq Bakı Forumu qloballaşan dünyada qadınların rolunu artırmaqla yanaşı, dünya xalqlarının yaxınlaşmasına da təkan verəcək. O, qeyd edib ki, bu, həm də Azərbaycanda tolerantlığın, insan hüquq və azadlıqlarının müdafiəsinin nümunəsidir: "Azərbaycanın başladığı bu ənənəni davam etdirməliyik. Demokratik vətəndaş cəmiyyəti quruculuğunda, sülhün bərqərar olmasında qadınların rolu böyükdür. Qadınların siyasi proseslərdə iştirakı mədəniyyətlərarası dialoqda mühüm rola malikdir". Mərakeşli nazir qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika da məhz Azərbaycanda yaranıb, hələ ötən əsrin əvvəllərində qadınlara seçmək və seçilmək hüququ verilib. Macarıstan Təhsil və Mədəniyyət Nazirliyinin dövlət katibi Katalin Bodyai mədəniyyətlərarası dialoqda qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb. O, tədbirdə müzakirə olunan məsələlərin həllini tapacağına ümid etdiyini bildirib. Tədbirdə müzakirələr davam etdirilir. Konfransın sonunda Bakı Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir. Azərbaycan Prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans iyunun 10-da başlayıb. Tədbirdə dünyanın bir çox ölkəsinin birinci xanımları, yüksək vəzifədə işləyən qadın nümfyəndələr iştirak edirlər. /ANS TV/ ans_press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar