SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıb

22.06.2022, 12:49

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” xəbər saytı Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanı gənclərin problemləri ilə bağlı çıxışına görə hədəfə alıb.

Gunaz.tv Quote | Gunaz article

Sayt millət vəkilini qeyri-peşəkarlıqda və başqa cərəyanlara qulluq etməkdə günahlandırıb, nüvə danışıqlarından tutmuş uşaq bezinə qədər bütün məsələlərə münasibət bildirməyini tənqid edib.

Qeyd edək ki, Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan iyunun 19-da isfahanlı millət vəkilinin demoqrafik problemlə bağlı çıxışına münasibət bildirib.
 
"Deyirlər ki, ölkədə kişilərlə qadınların sayı bərabərdir və qızlar xarici vətəndaşlarla evləndirilməlidir. Belə olduğu təqdirdə bəs kişilər üçün nə təklif edirlər"-deyə, Pezeşkiyan bildirib.

Təbrizin millət vəkili gənclərin evlənməməsi ilə bağlı fikirlərin yanlış olduğunu, bunun əsas səbəbinin deyilmədiyini söyləyib.

"Gənclərin evlənməməsi problem deyil. Əsas məsələ işsizlik, yoxzsulluq və gələcəyə inamsızlıqdır"-deyə, Məsud Pezeşkiyan bu səbəblər ucbatından ölkədə boşanmalarının sayının artdığını deyib. 

Xatırladaq ki, İran parlamentinin üzvü və Gənclik Planı Komissiyasının sədri Əmirhüseyn Bankipurfərd iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib.

O, hesab edir ki, bu, dünyada şiə birliyinin möhkəmləndirilməsi və İranda subaylıq probleminin həllinə yardım edəcək.

Deputatın iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib.

O, deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var.  

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

2022-07-05

gun az article

Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

2022-07-05

gun az article

Ərdəbildə yüzlərlə kəndə içməli su qıtlığı yaranıb

2022-07-05

gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04

gun az article

Təbrizdə qədim küçə adı bərpa olundu

2022-07-04

gun az article

Zənganda tibb bacıları etiraz aksiyası keçirib

2022-07-04

gun az article

Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb

2022-07-03

gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02