SON XƏBƏRLƏR

Medvedyev Əliyevin Iranla bağlı mövqeyini öyrənəcək

2021.10.20, 07:36
Medvedyev Əliyevin Iranla bağlı mövqeyini öyrənəcək

Gunaz.tv
Medvedyev Əliyevin Iranla bağlı mövqeyini öyrənəcək medvedev.jpg Sergey Prixodko: «Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır» “Rusiya prezidenti Dmitri Medvedyev və Azərbaycan prezidenti Ilham Əliyev Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsini müzakirə edəcəklər”. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. S.Prixodko bildirib ki, bu məsələnin müzakirəsi Xəzəryanı ölkələrin dövlət başçılarının cari ildə Bakıda keçiriləcək 3-cü sammitinə hazırlıq kontekstində aparılacaq. S.Prixodko D.Medvedyevlə I.Əliyevin görüşündə Iran probleminə toxunulacağını istisna etməyib və bu ölkədə çoxsaylı Azərbaycan diasporunun olduğunu xatırladıb: "Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır". Köməkçinin sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. O, Rusiyanın həm ATƏT-in Minsk Qrupu, həm də digər formatlar daxilində kompromis həll variantının axtarışına fəal dəstək verməyə hazır olduğunu bəyan edib: “Moskvanın prinsipial mövqeyi dəyişməzdir. Biz hesab edirik ki, problemin yekun həll formulunu azərbaycanlılar və ermənilər özləri seçməlidir”. S.Prixodko bildirib ki, Rusiya kompromis razılaşmaların təminatçısı kimi çıxış edə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar