Mehdi Kərrubi yenidən xəstəxanaya yerləşdirilib, onun səhhəti ağırdır

2017-07-31 10:05

GünAzTV: İrandakı “yaşıl hərəkat”ın tanınmış liderlərindən olan və 6 ildən çoxdur ev dustaqlığında saxlanılan liderlərindən olan Mehdi Kərrubinin səhhəti yenidən pisləşdiyindən o, yenidən xəstəxanaya yerləşdirilib.  

 

Bu barədə, Kərrubinin oğlu Məhəmmədhüseyn Kərrubi iyulun 30-da jurnalistlərə açıqlamasında xəbər verib. O bildirib ki, iyulun 30-u günortadan əvvəl atasının ürək döyüntüləri kəskin zəifləyib və səhhətində ciddi problemlər yarandığından o ETTELAAT əməkdaşlarının müşayiəti ilə yenidən Tehran xəstəxanalarının birinə aparılıb: “Atam hazırda Tehran xəstəxanalarından birinin reanimasiya şöbəsində həkimlərin nəzarətində saxlanılır. Onun ürək döyüntülərinin kəskin düşməsinin səbəbini öyrənmək üçün onu iyulun 31-də anjiyografi edəcəklər. Anjiografi nəticəsi müəyyənləşdikdən sonra həkimlər onun ürəyində əməliyyat aparıb-aparmamaq barədə qərar verəcəklər”.

 

80 yaşlı Mehdi Kərrubinin ailəsi bir neçə gün əvvəl bəyanat yayaraq ETTELAAT əməkdaşlarının onun sərbəst müalicə almasına mane olduqlarından gileylənmişdilər.

 

                  Məhəmmədhüseyn Kərrubi

 

Mehdi Kərrubi bir həftə əvvəl də ürəyində yaranmış qəfil nasazlığa görə xəstəxanaya yerləşdirilmişdi. Bu barədə digər oğlu Məhəmmədtağı Kərrubi iyulun 24-də özünün şəxsi “Twitter” səhifəsində məlumat yaymışdı: “Atam həbs edildikdən bu yana 6 dəfə, ürəyindən, gözündən, dizindən, belindən, ayağından və sidik kisəsindən əməliyyat olunub. Atamın halı heç də yaxşı deyil və o, ürəyində yaranmış qəfil nasazlığa görə, bu gün ETTELAAT Nazirliyinin həkiminin məsləhəti ilə xəstəxanaya yerləşdirilib”.

 

Xatırladaq ki, İrandakı “yaşıl hərəkat”ın liderlərindən olan Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərlə eyni vaxtlarda tutulub. O, həmin vaxtdan barəsində hər hansı bir məhkəmə qərarı olmadan 6 ildən çoxdur  ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılırlar.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan polisi qondarma “bayrağ”ı süngü ilə qazıdı - VİDEO

2021-09-17

gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17