Mehdi Nəimi: İran hakimiyyəti türk dili sahəsində çalışan fəalları hədəf alır – Müsahibə

05.02.2020, 10:54

GünAz TV: Son vaxtlar Tehranda türk dili haqları müdafiəçiləri və türkcə kitab nəşri və satışı sahəsində fəaliyyət göstərən nəşriyyata qarşı basqılar olduqca ağırlaşıb.


“Amerikanın Səsi”nə danışan təhlilçi Mehdi Nəimi deyir ki, “Güney Azərbaycandan uzaqlaşaraq Tehranda fəaliyyət göstərən türklər dərdləri daha dərindən hiss etdikləri üçün ciddi fəaliyyətlər həyata keçirilər.”


Keçən illərdə Dünya Ana Dili Günü tədbirlərinə qatıldıqları üçün Tehranda tutulmuş fəallar Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi, Tovhid Əmir-Əmini və Kiyanuş Aslani bu yaxınlarda ağır həbs və sürgün hökmlərinə məhkum olublar. Fərşi, Əmir-Əmini və Aslani hazırda Tehranın Evin Həbsxanasında saxlanılırlar.


Tehranda fəaliyyət göstərən hüquq müdafiəçisi Əkbər Nəimi isə təqribən 10 gün əvvəl təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.


Son vaxtlar, hənçinin Tehranda türkcə kitab nəşr edən “Əndişə-i Nov” nəşriyyatının kitab mağazası, habelə Təkderəxt (TakDerakht) nəşriyatının qapadılıb, sahibi Ehsan Şükrxudayinin həbs edildiyinə dair xəbərlər yayılıb.

Mehdi Nəiminin sözlərinə görə, “Güney Azərbaycan adına həyata keçirilən fəaliyyətlər dil təməlində olduğu” üçün türk dili sahəsində çalışan fəallar daha çox hakimiyyətin basqılarına hədəf olurlar.


“İranın ümumi durumu da günü-gündən gərginləşir. Belə dönəmlərdə bu növ basqılar İranın siyasəti ilə üst-üstə düşür. İran İslam Cümhuriyyəti qurulduğundan bəri gərgin durumlardan öz mənafeyi istiqamətində yararlana bilib. Sadəcə türk fəallar deyil, hakimiyyət keçmişdə digər müxaliflərini də əzmək üçün bilərək böhran və gərginlik yaradırdı,” mədəni fəal söyləyir.


Mehdi Nəimi Tehran universitetlərində tələbələrin təşkil etdiyi türk dili kurslarında müəllimlik edib. O, Azərbaycanın müxtəlif bölgələrində təhsil və iş üçün Tehrana gedən fəalların ciddi və önəmli fəaliyyətlər yürütdüyünü vurğulayır:
“Tehranda təhsil alan türk tələbələr sanki sudan qırağa atılmış balıq kimi olurlar. Onların daha ciddi cəhdləri olur və bu cəhdlər sayəsində idi ki, ana dili kursları təşkil edilirdi. Tehran universitetlərində tələbələrin sayı da Azərbaycan şəhərlərinə görə daha çoxdur.”


O, əlavə edir, “xüsusilə əvvəllər bu mövzu daha qaparıq şəkildə önə çıxardı. İndi bəlkə internet və sosial media sayəsində dərdlər bir miqdar yaylıb və hər yerdə hiss olunur. O dönəm, Azərbaycandan, türk torpaqlarından uzaqlaşınca dərdlərin acısı dərinləşirdi. Buna görə də, Tehrandakı insanlar daha ciddi şəkildə fəaliyyət edirdilər.”
Mehdi Nəimi həmçinin “Əndişə-i Nov” nəşriyyatının möhürlənən kitab mağazası haqqında “Amerikanın Səsi”nə məlumat verib.


“Kitab evinin sahibi Yusuf Qövsi Fərzanə yumşaq bir davranış sərgiləyərək mağazanı ayaqda tuta bilmişdi. Daha əvvəl də az-çox basqılar var idi. Amma, oraya getdiyimizdə yaxından görürdük, Yusuf bəy çalışırdı ki, hakimiyyətin istəklərinə uyğun şəkildə davransın. Bu şəkildə İranın Mədəniyyət və İrşad İdarəsinin kəskin senzura bıçağından kimi kitabları sağ qurtara bildi. Böyük faydası oldu. Amma, son vaxtlar onun yumşaq davranışını da çəkə bilmədilər,” təhlilçi əlavə edib.


Audionu dinləmək açan qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
https://www.amerikaninsesi.org/a/mehdi-naimi/5271208.html


N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türk idmançı İranın ən bahalı futbolçusudur

2022-06-28

gun az article

"Hökumət məni öldürmək istəyir"- Nərgiz Məhəmmədi xəbərdarlıq etdi

2022-06-28

gun az article

Mühacir kürdlər Sulduzda kəndliləri atəşə tutub

2022-06-28

gun az article

“Sözümüz” proqramında müzakirə: “Güney Azərbaycanın gələcəyi” -VİDEO

2022-06-28

gun az article

Təbrizli gənc fəal ETTELAAT-da dindirilib

2022-06-28

gun az article

Bəzz yürüşünə hazırlıq başladı: Təbrizdə afişalar yayıldı

2022-06-28

gun az article

Sulduzlu fəal həbs cəzasına məhkum edilib

2022-06-28

gun az article

"Azadlıq, Ədalət, Milli Hökumət"-Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası keçirilib-FOTOLAR

2022-06-27

gun az article

"Qaradağda işsizlik artıb- "Gənclərin yeganə seçimi mühacirətdir"-Millət vəkili

2022-06-27

gun az article

Urmu gölündən qaynaqlanan toz fırtınaları şiddətlənib

2022-06-27

gun az article

Ərdəbildə yenidən kürdlərin yerləşdirilməsinə başlanılıb-FOTOLAR

2022-06-27

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “Vətən və millət anlayışı” və "Urmu gölü" -VİDEO

2022-06-27

gun az article

“Azadlıq səsi” proqramında müzakirə: “Azərbaycançılıq məfkurəsi”-VİDEO

2022-06-27

gun az article

Ərdəbildə təqaüdçülərin növbəti aksiyası keçirilib-VİDEO

2022-06-27

gun az article

Təbrizli idmançı beynəlxalq yarışda qızıl medal qazanıb

2022-06-27

gun az article

Güneyli musiqiçi və milli fəal Abbas Nikrəvan sərbəst buraxılıb

2022-06-26

gun az article

Aclıq aksiyası keçirən güneyli məhbusun durumu ağırdır

2022-06-26

gun az article

Məhkumluq dövrü bitən güneyli jurnalist Mənuçöhr Ağayi sərbəst buraxılıb

2022-06-26

gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25