SON XƏBƏRLƏR

Məhəmməd Abazəri müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
 Məhəmməd Abazəri müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Abazəri müvəqqəti olaraq həbsxanadan azadlığa buraxılıb.


O yanvarın 18-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında Xoy şəhərinin zindanından azad edilib.


M.Əbazəri yanvarın 9-da Milad Hacilu ilə birlikdə Xoy şəhərində Ettelaat əməkdaşları tərəfindən yaxalanaraq şəhərin mərkəzi zindanına aparılmışdır.


Bundan öncə fəalların yaxınları onların ötən günlərdə Xoyda rejimin ayrı-seçkilik və ədalətsiz siyasətinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar tutulduqlarını bildirmişdilər. Həmin hadisələrlə bağlı Xoyda yazıçı və ədəbi tənqidçi Şəhriyar Gələvani və yüksək səviyyəli peşəkar xəttat Abbas Köçəri də tutulub, onlar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.


Son yayılan rəsmi məlumata görə, ötən günlərdə İran şəhərlərində keçirilən etiraz aksiyalarında 26 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, minlərlə insan saxlanılıb. Azərbaycan şəhərlərində isə 100-dən çox etirazçının yaxalandığı bildirilir. Onların əksəriyyəti naməlum vəziyyətdə saxlanılır. Etirazlar zamanı tutulanlardan bir neçəsi isə zindanda işgəncələr altında öldürülüb, rejim gülünc bir iddiada onların intihar etdiyini açıqlayıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar