SON XƏBƏRLƏR

Məhəmməd Bin Salman: “Biz regionda müharibə tərəfdarı deyilik”

2021.10.20, 07:36
Məhəmməd Bin Salman: “Biz regionda müharibə tərəfdarı deyilik”

Gunaz.tv

GünazTV: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmam iyunun 15-də “Əl Şərq əl Əvsat” qəzetinə müsahibəsində İranı Oman dənizində iki neft tankerinə qarşı hücumda günahlandıraraq, ölkəsinin Tehranın hər hansı bir təhdidinin qarşısını almağa hazır olduğunu bildirib.

 

O deyib ki, dünya birliyi regionda baş verən son xoşagəlməz olaylara, o cümlədən də iki neft tankerinə qarşı hücumlara biganə qalmamalı, kəskin mövqe tutmalıdır: “Səudiyyə Ərəbistanı bölgədə müharibə tərəfdarı deyil. Lakin biz millətimizə, ərazi bütövlüyümüzə, müstəqilliyimizə, milli və həyati mənafeyimizə qarşı olan hər hansı bir təhdidin qarşısını almaq üçün zərrə qədər tərəddüdə yol verməyəcəyik.

 

Yaponiyanın baş naziri Şinzo Abenin İrana səfərinə gəlincə, hesab edirəm ki, İran rejimi bu səfərdə Yaponiyanın baş nazirinə hörmətsizlik etdi. Baxmayaraq ki, Şinzo Abe regionda yaşanan çaxnaşmanı azaltmaq məqsədi ilə Tehrana getmişdi. Lakin İran rejimi Abe hələ Tehranda olarkən, biri Yaponiyaya məxsus olan iki neft tankerinə hücum etməklə ona sayğısızlıq nümayiş etdirdi” –deyə Məhəmməd Bin Salman əlavə edib.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində biri Yaponiyaya məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü günə və vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar