SON XƏBƏRLƏR

Məhəmməd Cavad Haqqşenas: "Tehran üzrə yayılan koronavirus statistikaları şəffaf deyil"

2021.10.20, 07:36
Məhəmməd Cavad Haqqşenas: "Tehran üzrə yayılan koronavirus statistikaları şəffaf deyil"

Gunaz.tv

GünAz TV: Tehran Şəhər Şurasının üzvü Məhəmməd Cavad Haqqşenas bildirib ki, Tehranda koronavirus qurbanları və xəstəliyə yoluxanlarla bağlı dövlətin təqdim etdiyi statistikalar şəffaf deyil.

 

O, "Twitter" hesabında yazdığı statusda Koronavirusla Mübazirə üzrə Mərkəzi Qərargahından Tehranla bağlı rəqəmləri ümumi statistikadan fərqli dərc etməyi istəyib.

 

"Koronavirusla bağlı şəffaf statistikanın yayılmaması ağır vəziyyəti olduğu kimi göstərməmək üçün atılan addımdır. Bu isə Tehran sakinlərinin real rəqəmlərdən məlumatsız qalmasına və narahat olmamasına səbəb olur. Bununla da insanlar xəstəliyi ciddiyə almır", - deyə Məhəmməd Cavad Haqqşenas qeyd edib.

 

Şəhər Şurasının üzvü həmçinin bildirib ki, onlarda koronavirusdan ölüm halları ilə bağlı olan rəqəmlər dövlətin yaydığı statistikalardan qat-qat çoxdur.

 

"Dövlət xalqı düşünmürsə, ən azından xalq heç olmasa, real rəqəmlərdən məlumatlı olub, özünü qorumalıdır", - deyə rəsmi fikrini tamamlayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar