SON XƏBƏRLƏR

Məhəmməd Dehqan: İranın CFT-yə qoşulması milli təhlükəsizliyə ziddir

2021.10.20, 07:36
Məhəmməd Dehqan: İranın CFT-yə qoşulması milli təhlükəsizliyə ziddir

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Vilayət Fraksiyasının üzvü Məhəmməd Dehqan parlamentin bu gün səhər keçirilən plenar iclasında bildirib ki, Nəzarət Şurası və Ali Məsləhət Şurasını İranın CFT-yə qoşulmasını milli təhlükəsizliklə zidd kimi dəyərləndirib.

 

O, Milli Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının  bu gün İranın terrorizmi maliyələşdirməklə mübarizəyə dair beynəlxalq konvensiyaya qoşulması ilə bağlı hesabatına qarşı çıxıb. Komissiyanın bu addımını Milli Məclisin nizamnaməsi və ölkə qanunları ilə ziddiyyət təşkil etidiyini bildirən millət vəkili deyib ki, parlamentarlar hər hansı bir qanunu qəbul edib, Nəzarət Şurasına göndərirsə və Şura da bu qanuna heç bir irad bildirmirsə, Komissiyanın onunla bağlı müzakirələr aparmağa səlahiyyəti yoxdur.

 

İranlı deputatın sözlərinə görə, bu hesabat Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında qəbul edilən zaman orada yalnız 15 millət vəkili olub. Bu isə qanunlara ziddir.

 

O, həmçinin FATF tərəfindən son yayılan bəyanata da diqqət çəkib: “Mən şəxsən neçə dəfə Zərifdən bu bəyanatı oxumasını istəmişəm. Çünki bu bəyanatda FATF bizim heç bir şərtimizi qəbul etməyəcəyini və bu şərtlərin icrasının mümkün olmadığını vurğulayıb”- deyə İranlı millət vəkili əlavə edib.

 

Qeyd edək ki, son günlər İranda çirkli pulların yuyulması və terrorizmi maliyyəşdirməyə dair beynəlxalq konsenviyaya (FATF) qoşulmaqla bağlı gərgin müzakirələr gedir. Ölkənin xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu konvensiyaya qoşulmağa qarşı çıxanların özlərini çirkli pulların yuyulması əməliyyatlarında iştirak etdiyini bildirdikdən sonra müzakirələr qalmaqala çevrilib. Hazırda Milli Məclisdə XİN rəhbərinin səlahiyyətlərinə baxılması ilə bağlı müzakirələr də davam etməkdədir.

 

Ə.A

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar