SON XƏBƏRLƏR

Məhəmməd Dorostinin həbs cəzası cərimə hökmü ilə əvəzlənib

2021.10.20, 07:36
Məhəmməd Dorostinin həbs cəzası cərimə hökmü ilə əvəzlənib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorostinin 6 aylıq həbs cəzası cərimə hökmü ilə əvəzlənib.

 

Fəal bundan əvvəl Xoy Şəhər İnqilab Məhkəməsinin 1-ci şöbəsində Azərbaycan Milli Hökumətinin yaradılmasının (1945-ci il “21 Azər” hərəkatı) ildönümü ilə əlaqədar  “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib.

 

Fəal, məhkəmə qərarı qiyabi çıxarıldığı üçün hökmə etiraz etmişdir. Novruz bayramı ərəfəsində inqilab məhkəməsində fəalın etirazına baxıldı, nəhayət mayın 21-də Qərbi Azərbaycan Apelyasiya Məhkəməsinin 2-ci şöbəsi 6 aylıq həbs qərarını 3 milyon 300 tümən cərimə hökmü ilə əvəzləyib.

 

Məlumata görə, dosye təhlükəsizlik məsələsi ilə bağlı olduğu üçün birbaşa Məhəmməd Dorostiyə məhkəmədə açıqlanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar