Məhəmməd Güneyli barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib

17.02.2020, 08:18

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneyli barəsində çıxarılan 6 aylıq həbs qərarı apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib.

 

Hökm Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi tərəfindən fevralın 16-da yazılı və şifahi şəkildə Məhəmməd Güneyli və onun vəkilinə elan olunub.

 

Hökmə əsasən azərbaycanlı vəkilin “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edildiyi qərar olduğu kimi qüvvədə saxlanılıb.

 

Fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən ikinci məhkəmə iclasının sonunda 6 ay həbs cəzasına məhkum edilmişdir.

 

Fəalın apellyasiya məhkəməsi fevralın 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində hakim Dövlət Abadinin sədrliyi ilə keçirilib.

 

Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.

Üçüncü məhkəmə iclasında hakim Cinayət Prosessual Məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib.

 

Məlumata görə, fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamları hələ də qüvvədədir, ittihamlara Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində baxılır.

 

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı vəkil tutulmadan əvvəl, kimliyi məlum olmayan bir şəxs onunla telefon əlaqəsi saxlayaraq Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məlumat verəcəyini bildirib. Vəkil 2019-cu il yanvarın 23-də onunla görüşmək üçün Məlikan şəhərinə gedib. O bir gün sonra “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdır.

 

Məhəmməd Güneyli saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

 

 

 

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Çevik Ekspertlər Qrupu”nun üzvləri Füzulidə qadınlarla görüş keçirib

2022-12-07

gun az article

İranın sabiq prezidenti ölkə hakimiyyətini tənqid edib

2022-12-07

gun az article

Sosial Tədqiqatlar Mərkəzində Əhməd Obalı ilə görüş keçirilib

2022-12-07

gun az article

"Qardaşım İran xalqının səsinə qulaq asmır"-Xameneyinin bacısı

2022-12-07

gun az article

"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı

2022-12-07

gun az article

İran "əks inqilabçı" qrupun zərərsizləşdirildiyini iddia edir

2022-12-07

gun az article

“Qarşımı kəsə bilməzsən, bura bizim torpaqlardır…”-Jurnalist Laçın dəhlizini keçdi, sülhməramlılar qarşısını kəsdi, mübahisə düşdü- VİDEO

2022-12-07

gun az article

Sülhməramlılar Azərbaycan jurnalistlərini Xocalıya buraxmadı

2022-12-07

gun az article

Xankəndiyə daha 13 iranlı gəldi - Foto və pasportlar

2022-12-07

gun az article

"Amerika İranı BMT-nin Qadınların Vəziyyəti Komissiyasından çıxarmağa sadiqdir"-Ned Prays

2022-12-07

gun az article

Azərbaycanlılar Xocalıya yola düşüb

2022-12-07

gun az article

ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir

2022-12-07

gun az article

“44 günlük zəfər - tarixi yazanların gözü ilə” adlı tədbirlər keçirilib

2022-12-06

gun az article

ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa götürüldü

2022-12-07

gun az article

Ukrayna aviasiyası İran dronlarını məhv etdi

2022-12-07

gun az article

İran parlamentinin keçmiş üzvü: "16 ayda İran kapitalının 50 faizi itirilib"

2022-12-07

gun az article

İrandan Türkiyəyə göndərilən narkotik maddələr saxlanılıb

2022-12-07

gun az article

İran patrul qayığı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə təhlükəli məsafədə yaxınlaşıb

2022-12-07

gun az article

“Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” adlı layihə uğurla sona çatdı

2022-12-06

gun az article

İranda öldürülən etirazçıların son sayı açıqlanıb

2022-12-06