SON XƏBƏRLƏR

Məhəmməd Hadi Abbaszadə ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb – Xoy şəhərində

2021.10.20, 07:36
Məhəmməd Hadi Abbaszadə ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb – Xoy şəhərində

Gunaz.tv

GünAz TV: Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılan azərbaycanlı öyrənci, milli-mədəni fəal Məhəmməd Hadi Abbaszadə ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Məlumata görə, fəal sorğu-suala tutulduqdan sonra Xoy şəhərinin İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə göndərilib, o ittihamı elan olunduqdan sonra 300 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.

 

“Sistemə qarşı fəaliyyət göstərən bölücü qruplar və partiyaların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”, “azərbaycanlı gəncləri pis yola yönəltmək” və “pantürkist qrup və partiyalarla əməkdaşlıq etmək” avqustun 4-də hakim İbrahimi tərəfindən xoylu fəala qarşı irəli sürülən ittihamlardır.

 

Azərbaycanlı fəalın dindirilməsi yarım saat sürüb, ondan təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq etməsi tələb olunub, lakin fəal edilən təklifi qətiyyətlə rədd edib.

 

Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümü avqustun 1-də fəalın ailəsinə çağırış vərəqəsi göndərərək ondan avqustun 2-də idarəyə müraciət etməsini istəmişdir. “M.H.Abbaszadə təyin olunan vaxtda idarəyə müraciət etməsə, bunun qarşılığı çox ağır olacaq”- deyə fəalın ailə üzvlərinə bildirilmişdir.

 

Fəal 2016-cı ildə “Tərh-i Nov” nəşriyyəsinin türkləri təhqir etməsinə qarşı Xoyda keçirilən etirazlarda tutularaq həbs edilmişdir.

 

M.H.Abbaszadə 1993-cü ildə Xoy şəhərində doğulub. O “Pəyam Nur” Universitetində dövlət idarəçiliyi üzrə öyrəncidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar