SON XƏBƏRLƏR

Məhəmməd Həzrətpur Qərbi Azərbaycanın Voleybol Heyətinin rəisi oldu

2021.10.20, 07:36
Məhəmməd Həzrətpur Qərbi Azərbaycanın Voleybol Heyətinin rəisi oldu

Gunaz.tv

GünAz TV: İranda voleybol paytaxtı ləqəbi ilə tanınan Urmiya şəhərinin voleybol idmanı sahəsində önəmli hadisə baş verib.


Məlumata görə, Uamiyanın bələdiyyə başçısı Məhəmməd Həzrətpur Qərbi Azərbaycan Voleybol Heyətinin rəisi olub.


Məhəmməd Həzrətpur noyabrın 11-də Voleybol Heyətində keçirilən səsvərmədə 17 səsdən 14 səsi qazanaraq bu posta seçilib.


Qərbi Azərbaycan Voleybol Heyətinin bundan əvvəlki rəisi Kərim Fruzan səsvermədə yalnız 3 səs qazanıb.


Qeyd edək ki, Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiya voleybol idmanı üzrə hər zaman böyük uğurlara imza atıb. Son illərdə yerli olmayan kürd kökənli Məhəmməd Mehdi Şəhriyari Qərbi Azərbaycanda vali postuna təyin olunduqdan sonra Urmiyanın voleybol komandaları bir çox problemlə üzləşdi və Urmiyada bu idman üzrə geriləmə müşahidə olundu. Şübhəsiz ki, Voleybol Heyətinin yeni seçilmiş rəisindən böyük gözləntilər var.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar