GünAz TV: Misirin Apellyasiya (təcdid nəzər) məhkəməsi devrilmiş prezident Məhəmməd Mursi barədə verilən edam qərarını ləğv edib.
Devrilmiş lider barədə iddiaların yenidən araşdırılmasını tələb edən ali orqan Mursi ilə bərabər, “Müsəlman qardaşları” hərəkatının bir sıra digər üzvləri barədə çıxarılmış ölüm hökmlərinin ləğvinə dair də qərar qəbul edib.
Qeyd edək ki, 2014-cü ildə Misir məhkəməsi ölkənin keçmiş prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşları” hərəkatının daha 35 üzvünə ölüm hökmü verilməsi barədə qərar qəbul edib.
N.S