GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Ermənilər Daşkəsən, Şuşa və Xocalını atəşə tutdu
Taliban İranla sərhəddə təlimlərə başladı
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Xersonda yüzlərlə insan itkin düşüb
İran vətəndaşına narkokuryerlik edən saxlanılıb
Rus ordusu Odessaya hücum edib: ölən və yaralananlar var
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
Miqrantların türk gəmisini qaçırmaq cəhdinin qarşısı alınıb
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
GünAz TV: İran Ali Məsləhət Şurasının üzvü Məhəmmədbağır Qalibaf ölkədə ötən ay keçirilmiş etirazlara münasibət bildirib.
O, bu gün iştirak etdiyi tədbirdəki çıxışı zamanı bildirib ki, benzinin bahalaşdırılmasına qarşı baş tutmuş xalq nümayişlərinə əsas səbəb dövlətin səriştəsizliyidir. Son etirazların keçmişdəkilərdən fərqləndiyini deyən Qalibaf “bəzi qüvvələrin bu vəziyyətdən istifadə edərək, dini lider və siyasi sistemlə xalq arasında mövcud bağları yox etməyə çalışdığını” iddia edib. O, həmin rəsmilər və ya qurumların adlarını çəkməyib.
“Ölkənin hazırki vəziyyəti iqtisadi sabitliyin olmaması üzündəndir. Dövlət adamları əməli addım atmaq əvəzinə, İnstex, FATF və digər bu kimi mexanizmlərin icra olunmasını gözləyirlər”, - deyə Qalibaf əlavə edib.
O, həmçinin Əli Xamneyinin prezidentin istefası ilə bağlı sözlərini xatırladaraq, islahatçılar başda olmaqla, Həsən Ruhaninin istefasını tələb edənləri “düşmənin mənafeyinə xidmət etməkdə” günahlandırıb.
Qalibaf sonda Milli Məclisin və dövlətin səmərəsiz fəaliyyətini bir daha tənqid edib və qeyd edib ki, “biz mövcud vəziyyətdən çıxmaq üçün yorulmuş dövləti işləməyə məcbur etməliyik”.
Qeyd etmək lazımdır ki, İranda benzinin qiymətinin artırılmasından sonra dövlətin müxtəlif qurumları, xüsusilə də Milli Məclis və Ali Məsləhət Şurası arasında ixtilaflar dərinləşib. Deputatlar iqtisadiyyatın bu cür ağır vəziyyətə düşməsini Ali Məsləhət Şurasının FATF layihələrinin qəbulunu gecikdirməsi ilə əlaqələndirirlər.
Digər tərəfdən, Xamneyi başda olmaqla, ölkənin əksər rəsmiləri etirazlara görə Qərb dövlətləri və İran rejiminin bəzi müxaliflərini günahlandırırlar. Qalibafın da çıxışı zamanı onların iddialarını bir daha təkrarlamasına baxmayaraq, o, çıxışı zamanı əsas etibarilə etirazlara təkan verən əsas amilin dövlətin səriştəsizliyi olduğunu vurğulayıb.
Ə.A
Ermənilər Daşkəsən, Şuşa və Xocalını atəşə tutdu
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidenti Təbrizə səfər edib
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır