SON XƏBƏRLƏR

Məhəmmədəmin Rəsulzadənin fransızca kitabı tərcümə edilib – İlk dəfə

2021.10.20, 07:36
Məhəmmədəmin Rəsulzadənin fransızca kitabı tərcümə edilib – İlk dəfə

Gunaz.tv

GünAz TV: Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş “Azərbaycan mübarizə yolunda” adlı kitabı ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub.

 

Kult.az xəbər verir ki, bu barədə məlumatı “Çapar”ın baş redaktoru Dilqəm Əhməd qeyd edib. O bildirib ki, kitabın tərcüməçisi Tural Mehbaliyevdir.

 

“Rəsulzadənin “Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda” kitabı “Azərbaycan Milli Nəşriyyatı” seriyasının 11-ci kitabıdır. Kitab Parisdə 1930-cu ilin sentyabr ayında nəşr olunub, cəmi 36 səhifədir. Əsər 13 bölmədən ibarətdir. Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhüriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir.

 

Parisdə fransızca çap olunduğu üçün həm də çağdaş dünyaya ünvanlanan kitab M.Rəsulzadənin doğumunun 135-ci ildönümünə həsr edilib”, - D.Əhməd qeyd edib.

 

https://axar.az/news/hadise/385290.html

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar