Məhkəmə: Əlirza Fərşinin Fəşafuyə həbsxanasına köçürülməsi qeyri-qanunidir

2020-09-14 10:34

İranın məhkəmə sistemi məsulları milli fəal Əlirza Fərşinin Tehranın Fəşafuyə həbsxanasına köçürülməsindən “xəbərsiz” olduqlarını bildiriblər.

Gunaz.tv Quote | Gunaz article

Milli fəalın ailəsi Tehranda yerləşən Baharistan İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinə müraciət edərək onun Fəşafuyə zindanına köçürülməsinin səbəbini soruşduqda məhkəmə məsulları məsələdən məlumatsız olduqlarını iddia ediblər.

 

Məhkəmə məsulları həmçinin bildiriblər ki, prokurorun icazəsi olmadan məhbusu bir həbsxanadan digər həbsxanaya köçürmək qanunlara ziddir.

 

Onların ailəyə verdiyi məlumata əsasən, Fərşinin yeni zindana köçürülməsi tamamilə  qeyri-qanuni bir addımdır və Tehranın Təhlükəsizlik İdarəsi tərəfindən gerçəkləşdirilib.

 

Əlirza Fərşi ailəsi ilə əlaqə saxlayaraq həmçinin bildirib ki, Fəşafuyə həbsxanasının məsulları onun İran məhkəmə sisteminin sədrinə ünvanladığı məktubun göndərilməsinə mane olublar.

Həbsxana məsulları sözügedən məktubu milli fəala geri qaytarıblar.

 

Fərşi İbrahim Rəisiyə ünvanladığı açıq məktubda İran təhlükəsizlik qüvvələrinin onu qarşı qanunsuz davranışlarını şərh edərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib.

 

Qeyd edək ki, İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığına görə həbs edilən Əlirza Fərşi sentyabrın 8-də Tehranın Evin zindanından Fəşafuyə həbsxanasına köçürülüb.

 

Milli fəalın Fəşafuyə həbsxanasına köçürülməsinin daha əvvəl məhkəmə rəsmilərinə yazdığı etiraz məktublar ilə əlaqədar olduğu bildirilir. Belə ki, Təhlükəsizlik İdarəsinin məmurları Fərşini daha ağır şəraitdə saxlamaqla ona təzyiq göstərmək istəyiblər.

 

Fərşi daha əvvəl də İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanladığı açıq məktublarda həbsxananın ağır və dözülməz durumuna etirazını bildirmişdi. Milli fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamış, məsələ ilə bağlı şikayətçi olduğunu bildirmişdi.

 

İyulun 21-də Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. 

  

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14