Məhkəmə qərarı ilə adı türkcə olan uşağa şəxsiyyət vəsiqəsi veriləcək

2020-09-04 18:40

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinin apelyasiya məhkəməsi valideynlərinin “Onur” adı verdiyi uşağa şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar çıxarıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, 2017-ci il təvəllüdlü uşağın atası Əli Hidayəti öz İnstagram səhifəsində məlumat yayıb.

 

Tikantəpə Qeydiyyat idarəsi adı türkcə olan uşağın təvəllüdündən 40 ay keçməsinə baxmayaraq “Onur” adının idarəyə elan olunan siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edirdilər. Onlar vəsiqənin verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildirmişdilər.

 

Əli Hidayəti Tikantəpə Qeydiyyat idarəsindən məhkəməyə şikayət edərək “Onur” adının İranda rəsmi lisenziya ilə çap olunan “Gözəl Türkü adları” və “Türk adlar sözlüyü” kitablarında mövcud olduğunu,  güclü və şərəfli mənasını daşıdığını vurğulamışdı. Lakin birinci məhkəmə qeydiyyat idarəsinin xeyrinə qərar çıxarmışdı.

 

Əli Hidayəti məhkəməyə ünvanladığı şikayət ərizəsində Tikantəpə Qeydiyyat idarəsinin bütün müraciətlərə və tələb olunan sənədlərin təqdim olunmasına baxmayaraq məsələyə laqeyd yanaşaraq şəxsiyyət vəsiqəsini verməkdən imtina etdiyini yazmışdı.

 

Onurun atası həmçinin müraciətində oğlunun üç ildir vətəndaşlıq hüquqlarından məhrum olduğunu vurğulamışdı.

 

Əli Hidayətinin şikayətinə baxan Qərbi Azərbaycan əyalətinin apelyasiya məhkəməsinin 6-cı şöbəsi Tikantəpə Qeydiyyat idarəsinin Onura şəxsiyyət vəsiqəsi verməsi barədə müvafiq qərar çıxarıb. Qərarın qəti olduğu bildirilib.

 

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19