SON XƏBƏRLƏR

Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib

2021.10.20, 07:36
Məhkəmə Saakaşvilinin partiyasının Rada seçkilərində iştirakına icazə verib

Gunaz.tv

GünAz TV: Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin partiyasının Ukrayna Radasına seçkilərdə iştirakına icazə verib.

 

Bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində qeyd edib.

"Biz məhkəmədə qalib gəldik və seçkilərdə iştirak edəcəyik",-deyə M.Saakaşvili bildirib.


Qeyd edək ki, bir neçə gün öncə Ukrayna MSK M.Saakaşvilinin "Yeni Qüvvələr Hərəkatı" partiyasının bəzi üzvlərinin səhv məlumat verməsi səbəbi ilə seçkilərdə iştirakına icazə verməyib. Lakin MSK-nın qərarını Kiyev məhkəməsi ləğv edib. Məhkəmənin qərarından apelyasiya şikayəti verən MSK-ya Ukrayna Ali Məhkəməsindən də neqativ cavab gəlib.

 

Mənbə: Apa

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar