Yanvar ayının 7-də tanınmış siyasi məhbus Abbas Lisaninin tibbi məzuniyyətə göndərilməsi ilə bağlı məhkəmə qərarının Ərdəbil həbsxanasına verilməsinə baxmayaraq o hələdə həbsdədir.
Gunaz.tv
Həbsxana məsulları tərəfindən bu haqda heç bir açıqlama verilməyib.
Abbas Lisaninin ailəsi 7 yanvar 2021-ci il, səhər saatlarında Ərdəbil Məhkəməsində olub və 800 milyon tümənlik girovu və Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilən tibbi məzuniyyət haqqında sənədi Ərdəbil həbsxanasına təhvil veriblər.
Qeyd edək ki, Ərdəbil həbsxanasında koronovirus infeksiyasına yoluxma halları ilə bağlı çoxsaylı xəbərlər yayılıb.
Yanvarın 6-da bu həbsxanada saxlanılan və həbsxanada koronovirusa yoluxduğuna görə tibbi məzuniyyətə buraxılan 33 yaşlı Kazim İbadi dünyasını dəyişib.
Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.
Abbas Lisani iddianamədə qeyd olunan ittihamlardan bəraət qazandığı halda, iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.
Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.
Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.
Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
C.E