SON XƏBƏRLƏR

Məhkumluq dövrü bitən Siyamək Mirzayiyə qarşı yeni ittihamlar irəli sürülüb

2021.10.20, 07:36
Məhkumluq dövrü bitən Siyamək Mirzayiyə qarşı yeni ittihamlar irəli sürülüb

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında 3 illik məhkumluq dövrünü başa vuran azərbaycanlı fəal Siyamək Mirzayiyə qarşı yeni saxta ittihamlar irəli sürülüb.

 

Həbsxana məsulları Mirzayinin azadlığa çıxmaması üçün ona qarşı yenidən “dövlət əleyhinə təbliğat” ittihamı irəli sürüblər. İyunun 26-da Evin zindanının 6 saylı Müqəddəs Məhkəməsində o, bu ittihamla yenidən həbsə məhkum edilib. Ədliyyə mütəntiqi fəalın şərti azadlığa çıxması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı verib.

 

Müstəntiq tərəfindən Mirzayiyə ittihamların “sübutlar”ı kimi onun həbsxanada Abbas Lisani ilə əlaqə saxlaması və aclıq aksiyası keçirməsi göstərilib.

 

Fəal bu ittihamları saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.

 

Qeyd etmək lazımdır ki, milli-mədəni fəal Siyamək Mirzayinin məhkumluq dövrü sabah, iyunun 28-də sona çatır. Lakin yeni ittihamlarla onun yenidən bir neçə il həbsə məhkum ediləcəyi gözlənilir.

 

Siyamək Mirzayi 2016-cı ilin iyunun 24-də Muğanda “dövlət əleyhinə təbliğat” ittihamı ilə saxlanmış, daha sonra Evin həbsxanasına köçürülmüşdü.

 

Daha sonra Baharıstan İnqilab Məhkəməsi ona qarşı “ölkənin milli təhlükəsizliyini pozmaq üçün qruplaşma təşkil etmək” ittihamı irəli sürmüşdü. Dövlət ittihamçısının oxuduğu 6 səhifəlik ittihamnamə ilə hakim  Mirzayini 10 il həbs və 2 il Xorasan vilayətində yerləşən Təbəs rayonuna sürgünə məhkum etmişdi.

 

Hökmdən apelyasiya şikayəti verən fəalın şikayəti qismən təmin edilmişdi. Daha sonra 36 saylı Apelyasiya Məhkəməsi ittihamla çıxarılmış hökmün eyniyyət təşkil etmədiyi qənaətinə gəlmiş, onu 3 il həbs və 1 il Təbəsə sürgünə məhkum etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar