Mehmetcik PKK-nı əzir

2008-05-12 18:53

Mehmetcik PKK-nı əzir Türkiyənin hərbi-hava qüvvələrinin təyyarələri PKK terror təşkilatının Şimali İraqdakı mövqelərinə güclü raket-bomba zərbələri endiriblər. Bu bölgədəki marionetka "Kürdüstan Muxtariyyəti"nin "peşmərgə qüvvələri"nin nümayəndəsi Cabbar

Gunaz.tv Quote | Gunaz article

Mehmetcik PKK-nı əzir Türkiyənin hərbi-hava qüvvələrinin təyyarələri PKK terror təşkilatının Şimali İraqdakı mövqelərinə güclü raket-bomba zərbələri endiriblər. Bu bölgədəki marionetka "Kürdüstan Muxtariyyəti"nin "peşmərgə qüvvələri"nin nümayəndəsi Cabbar Yavərin dediyinə görə, Dohukdakı tikililər bombalanıb. PKK-ya qarşı əməliyyatların yeni mərhələsi bu kürd terror qruplaşmasının Türkiyənin İraqla sərhədindən 4 km aralıda yerləşən Aktütün жandarma məntəqəsinə hücum etməsindən sonra başlayıb. Terrorçuların iri çaplı odlu silahlardan istifadə etməklə gerçəkləşdirdikləri hücumda PKK mənsubları ilə atışma zamanı 6 жandarm şəhid olub. Məntəqədəki 400 mehmetciyin əks-hücuma keçməsindən sonra kürd terrorçular qaçıblar. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı bəyanatda isə bildirilir ki, zərbələr nəticəsində PKK-nın "təbliğat və media mərkəzi", habelə infrastruktur obyektləri darmadağın edilib. Açıqlamada konkret adlar çəkilməsə də, PKK-nın "Roж TV" telekanalının mərkəzi binası, iki xəöər agentliyinin redaksiyasının yerlə yeksan olunduğuna işarə vurulur. Bundan başqa, zərbələrdə PKK-nın iki rəhbərinin də həlak olduğu söylənir. express -------------------------------------------------------------------------------- Livan viran olur "Street Fight, A Hezbollah gunman shoots in the street". Yəni "Küçə döyüşü: "Hizbullah" yaraqlısı küçədə atəş açır". Britaniyanın "The Daily Mail" qəzetinin dünənki sayının əsas yazısının başlığı belədir. Beyrutda isə yenə savaş gedir. Radikal şiə hərəkatı olan "Hizbullah"la parlament çoxluğunun lideri, mərhum baş nazir Rafiq Həririnin oğlu Səadın başçılıq etdiyi "Gələcək Uğrunda Hərəkat"ın sünni yaraqlıları arasında amansız qarşıdurma var. "Hizbullah" mayın 10-da ələ keçirdiyi şəhərin qərb məhəllərini boşaldır. Beyrutun şərq, xristianlar yaşayan məhəllərinə qaçmış "qərblilər" isə evlərinə qayıtmağa başlayıblar. Livan 1975-1990-cı illərdə ölkəyə qan qusdurmuş 15 illik vətəndaş savaşını xatırladacaq yeni iç müharibə astanasındadır. Bu münaqişənin kökləri yetərincə qarışıqdır. Ola bilər ki, "Hizbullah"ın sinirlənməsinin səbəbi mayın 7-dəki genişmiqyaslı etiraz tətilidir. Küçələrə çıxan insanlar hökumətdən qida məhsullarının nəzarətsiz bahalaşmasını və iş yerlərindən kütləvi ixtisarları dayandırmağı tələb etmişdilər. Etirazlar iğtişaşlara döndü, küçələrdə atışmalar başlandı, barrikadalar peyda oldu. Lakin "Hizbullah" bu hadisələrdən hakimiyyətə qarşı hərbi əməliyyatlara başlamaq üçün yalnız bir vasitə kimi istifadə etdi. Əsas məqam isə odur ki, Livan hakimiyyəti "Hizbullah"a məxsus "Əl Mənar" telekommunikasiya şirkətinin fəaliyyətinin dayandırılması, hərəkatın fərdi telefon şəbəkəsinin qapadılmasına qərar vermişdi. 99 min rəqəmsal xətti olan bu şəbəkə "Hizbullah" üzvləri arasında əlaqə üçündür: Livan hakimiyyətin həmin şəbəkə üzərində heç bir nəzarət imkanları yoxdur. Bundan başqa, bəlli olmuşdu ki, "Hizbullah" Beyrutun beynəlxalq hava limanının uçuş zolağında qanunsuz olaraq gizli müşahidə videokameraları quraşdırıbmış. Daha dəqiq olsaq, Livanın müdafiə naziri Elias Mürrün ordu kəşfiyyatının rəhbərindən aldığı məxfi məruzədə bildirilirdi ki, Beyrut hava limanının yaxınlığında, "Hizbullah"ın nəzarətində olan ərazidə 17-ci uçuş-enmə zolağına yönəlmiş məxvi videomüşahidə kamerası var. Həmin zolaq isə Livanın rəsmi şəxslərinin təyyarələri və hərbi vertolyotlar üçün nəzərdə tutulub. Halbuki terakt və sui-qəsd təhlükəsindən dolayı Livanın bütün nüfuzlu siyasətçiləri ilə ölkəyə gələn yüksək çinli qonaqların hərəkət marşrutları ilə vaxtı gizli saxlanır. Baş nazir Fuad Sinyoranın göstərişi ilə hava limanının təhlükəsizlik xidmətinin rəhbəri, "Hizbullah"la əlaqələrdə şübhəli bilinən Vafiq Şükər işdən qovuldu, üstəlik İranın "İran Air" aviaşirkətinin təyyarəlrinin Beyruta uçuşları yasaqlandı. Sinyoranın dediyinə görə, İran təyyarələri "Hizbullah"a silah və sursat daşımaqla məşğuldur. "Hizbullah" lideri şeyx Həsən Nəsralla da bildirdi ki, hakimiyyət dairələri qərarlarını dəyişməyincə silahı yerə qoymayacaqlar. Onun dediyinə görə, hərəkatın hərbi və siyasi strukturları arasında qarşılıqlı əlaqəni təmin edən telefon şəbəkəsi "Hizbullah" üçün həyati önəm daşıyır. "Bizim hərəkatımızı bu minvalla tərksilah etmək, zəiflətmək istəyən istənilən adamın əllərini kəsərəm. Bu adam atam olsa belə", - Nəsralla söyləyib. Fəqət, telefon şəbəkəsi və Beyrut hava limanının təhlükəsizlik xidmətinin işdən qovulması da "Hizbullah"ın küçələrə çıxmasının səbəbləri yox, münaqişənin katalizatorlarıdır. Əsas səbəb odur ki, Livanda aylardan bəri prezidentin seçilməməsi və siyasi böhranın davam etməsi şəraitində "Hizbullah" sözün əsl mənasında dövlət içində dövlətə dönməkdədir. "Hizbullah" Livan hakimiyyətini ABŞ-ın marionetkası, "İsrailin nökəri" adlandırır. Parlament çoxluğunun lideri Səad Həriri güzəştlərə gedib və telefon şəbəkəsi ilə hava limanının təhlükəsizlik xidmətinin rəhbəri ilə bağlı məsələr müzakirə oluna bilər. Daha konkret olsaq, Həririnin rəhbərlik etdiyi sünnilərlə druz Valid Cumblatın lider olduğu Mütərəqqi Sosial Partiya "Hizbullah"a çözüm variantı təklif edirlər. Həmin varianta görə, "Hizbullah" fərdi telefon şəbəkəsinə Livan ordusunun qismən nəzarət etməsinə və abonentlərin sayının azaldılmasına razılıq verir. küçələrdəki yaraqlılarını geri çəkir, hava limanının blokadasına son qoyur və ən başlıcası ordu komandanı, general Mişel Sleymanın prezident seçilməsinə razılıq verir. ... "Hizbullah" Beyrutdakı savaşlar zamanı üzərində nəzarəti ələ keçirdiyi "Zərif", "Məlla", "Zokak əl Blat", "Xəndak əl Xamik" sünni məhəllələrini boşaldır. Amma bu hərəkatın yaraqlılarının dağıtdıqları, Səad Həririyə məxsus olan "Future TV" və "Future News" peyk ilə kabel telekanallarının ofisləri, "Radio-Orient" radiostansiyası və "Əl Müstəqbəl" qəzetinin redaksiyası viran qalıb. Səad Həriri və Fuad Sinyoranın "Hizbullah" lideri şeyx Həsən Nəsralla ilə dil tapacaqları da bəlli deyil. Ordu isə işə qarışa bilmir. Çünki hərbçilər irəli çıxarılan kimi onlar silahlarını da götürüb evlərinə yollanacaqlar. Sonra da hər hərbçi mənsub olduğu icmanın - sünni, druz, şiə, maronit - dəstələrinin tərkibində küçə döyüşlərinə qoşulacaq. Livan viran təhlükəsi qarşısındadır... Həsən AĞACAN [email protected]/* */
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Həmədanlı dağçı xanımlar Savalan zirvəsinə qış dırmanışı ediblər

2021-02-25

gun az article

Şərqi Azərbaycanın Əhər şəhərində dəm qazından 3 qardaş həyatını itirib

2021-02-25

gun az article

Şərqi Azərbaycan əyalətində işsizlərin 46%-i Universitet məzunlarıdır

2021-02-25

gun az article

Qərbi Azərbaycanla İraq sərhəddində iki silahlı şəxs öldürülüb

2021-02-25

gun az article

Ərdəbilli məktəblilər sinif azlığı və internetin olmamasından əziyyət çəkirlər

2021-02-25

gun az article

Şərqi Azərbaycan əyalətində koronavirusun Britaniya variantının ikinci faktı qeydə alınıb

2021-02-25

gun az article

Milli-mədəni fəal girov qarşılığında sərbəst buraxılıb

2021-02-25

gun az article

Mollalar martın 1-də Qum şəhərində “Beynəlxalq Qarabağ konfransı” keçirəcəklər

2021-02-25

gun az article

GünazTV Feb.24.2021-Görüş: İran-Amerika münasibətləri, Rza Pəhləvinin kudetasının 100 illiyi

2021-02-25

gun az article

GünazTV Feb.24.2021: Paylaşım programı, 38-ci Bölüm.

2021-02-24

gun az article

Qərbi Azərbaycanda 2 nəfər mutasiyaya uğramış yeni növ "İngilis" koronovirusuna yoluxub

2021-02-24

gun az article

Qərbi Azərbaycan əyalətində 700 min nəfər gecəqondu və qeyri-standard şəhər ətrafı məhəllələrdə yaşayır

2021-02-24

gun az article

Zəngan əyalətinin Qeydar şəhərində Şəhər Şurasının üzvləri həbs olunub

2021-02-24

gun az article

İranda bəhayilərə qarşı təzyiqlər davam edir

2021-02-24

gun az article

Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin I cildinin təqdimatı olub

2021-02-24

gun az article

GünazTV Feb.23.2021-Özümüz: Şu'ubiyyə

2021-02-24

gun az article

GünazTV Feb.23.2021 -GÜNDƏM MASASI: Tək dilli toplum yaratma teorisinin başarısızlığı

2021-02-24

gun az article

Təbrizdə yaşayış binasında partlayış baş verib

2021-02-23

gun az article

Təbriz "Dünyanın Xalça Şəhəri" statusunu itirə bilər

2021-02-23

gun az article

Güneyli sənətçi: “Dünyanın çox yerində türkcə bildiyim üçün işimi aşırıram”+video

2021-02-23