Məhsa Mehdili: Zəhra Nəvidpur yeni bir yol başlatdı

22.01.2019, 12:31

GünAz TV: “Zəhra Nəvidpur yaşadığı bağlı mühit və İran hakimiyyətinin yaratdığı şəraitə rəğmən məruz qaldığı haqsızlıq qarşısında susmadı. Öz canı bahasına olsa da təcavüz olayını səsləndirdi,” qadın hüquqları fəalı Məhsa Mehdili “Amerikanın Səsi”nə müsahibədə söyləyib.

 

Məhsa Mehdili bir müddət öncə millət vəkili Salman Xudadadinin təcavüzünə uğradığını söyləyən və bu günlərdə gözlənilməz ölüm xəbəri ilə Güney Azərbaycanda gündəmdə olan Zəhra Nəvidpurun bir cəsarət simvolu olduğunu vurğulayır.

 

Yanvarın 6-da Şərqi Azərbaycan vilayətində 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü geniş əks-səda doğurdu. Gənc qadın bir neçə ay əvvəl paylaşdığı audio və videolarda doğma şəhəri Məlikanın (Məlikkəndi) millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

 

Zəhra Nəvidpur

 

Məhsa Mehdili Zəhranın səssiz qalmayaraq toplumda yerləşmiş ənənələrin əksinə hərəkət etdiyini önə çəkir.

 

“Güney Azərbaycanda və ümumiyyətlə İranda minlərlə qadın fərqli şəkillərdə cinsi istismara məruz qalırlar, amma susurlar. Yəni mühit və şərait onları susmağa məhkum edir. Zəhra Nəvidpur amma tabu sındıran, qorxuları sındıran bir qız oldu,” deyə türk fəal qeyd edir.

 

O, Zəhra Nəvidpurun bu mənada bir cəsarət simvolu olduğunu vurğulayır:

“Yaşadığı kiçik mühitin şəraitini, həmçinin İran hakimiyyətinin yaratdığı vəziyyəti də nəzərə alsaq, elə bir şəraitdə olan bir qız o növ haqsızlığa məruz qalır və susmur. Canı bahasına olsa da, bunu dəfələrlə dilə gətirir... Zəhra Nəvidpur bir simvoldur. O, önəmli bir cəsarət simvoludur. Qarşısındakı qüvvə kim olur olsun, təcavüz olayını dilə gətirdi və səsləndirdi.”

 

Məhsa Mehdilinin sözlərinə görə, “İranda təcavüzçü etdiyi işdən utanmır. Əksinə təcüvüzün qurbanı olan, əziyyətə uğrayan, istər uşaq ya böyük ya qadın olsun, susmağa məhkum olur... Erkəklər üçün əxlaq təriflənməyib. Əxlaq sadəcə qadınlar üçün təriflənir. Erkək əxlaqsızlıq edəndə, yanlış bir hərəkəti olanda, cinsi istismara keçəndə, çox üstünə gedilmir. İstismara məruz qalan qadın əxlaqsız sayılır.”

 

Məhsa Mehdili hesab edir ki, gənc qadının ölümü toplumdakı baxışları az da olsa dəyişdirib.

 

“Zəhra Nəvidpur olayında baxışların biraz dəyişdiyini gördük. Gördük ki, bu dəfə toplum suçu təcavüzə uğrayanın üzərinə atmadı,” deyə türk fəal Nəvidpurun ölümündən sonra təşkil edilən #MeToo (#MənDə) kampaniyasına diqqət çəkir:

“Türklər, xüsusilə ictimai fəallar #MeToo-nun türkcəsi olan #MənDə haştağı ilə yazmağa başlayıblar. Mən bu haştağa baxanda gördüm ki, bu qadının acı ölümü bir oyanışa səbəb olmuş. İnsanları özünə gətirmiş ki, əgər siz də cinsi istismara məruz qalmışsınız, bunu dilə gətirin. Hətta mən gördüm ki, erkəklər də yazırlar. Zəhra Nəvidpur bu yolu başlatmış oldu...”

 

Məhsa Mehdili həmçinin İranda qadına olan hakim baxış haqqında danışır.

“İrana hakim olan sistem zatən qadına qarşıdır. Qadını bir cinsi obyekt kimi görür. Hökümət hicab təbliğatı üçün asdığı plakatlarda, qadını şokolada və kişiləri milçəyə, böcəyə oxşadır. Bunu millətə təlqin edir ki, qadın bir cinsi obyektdir, çəkiləcəkdir yuvasına, özünü göstərməyəcək, etiraz etməyəcək və danışmayacaq..,” Məhsa Mehdili bildirir.

 

Müsahibənin Audiosunu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsniz:

https://www.amerikaninsesi.org/a/m%C9%99hsa-mehdili-z%C9%99hra-n%C9%99vidpur-bir-yol-ba%C5%9Flatd%C4%B1/4751721.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Siyasi məhbus Abbas Lisaninin həbsindən 3 il ötür

2022-01-16

gun az article

Qərbi Azərbaycanda güclü qar yağdı, 182 kəndin yolları bağlandı- 3 nəfər itkin düşüb

2022-01-15

gun az article

Xoyda siyasi məhbus Əkbər Nəimiyə dəstək aksiyası keçirilib- FOTOLAR

2022-01-15

gun az article

Zənganın nümayəndəsi çörəyin kuponla satışına etiraz edib

2022-01-15

gun az article

Urmunun qədim hissəsində əksər tikililər qəzalı vəziyyətdədir-Başçıdan xəbərdarlıq

2022-01-15

gun az article

Zənganın qiymətli mədəni irsi qorunmur: "Bu sahəyə diqqət ayrılsa, turizmin inkişafı sürətlənəcək"

2022-01-15

gun az article

Məlikanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2022-01-15

gun az article

Ərdəbil əyalətində su xəttləri və kanalizasiya sistemi bərbad durumdadır

2022-01-15

gun az article

Heyran gədiyinin Ərdəbilə birləşdirilməsi tələb edilir: İmza kampaniyası başladı

2022-01-15

gun az article

Xiyavda məşhur tarixi abidələr özəl sektorun istifadəsinə verilib

2022-01-15

gun az article

Təbriz-Urmu avtomagistralının tikintisi dayandırılıb

2022-01-15

gun az article

Güney Azərbaycan əyalətlərində məktəblər bağlanıb

2022-01-15

gun az article

Kirmanlılar Mis Şirkətinin “Traxtur”a maliyyə dəstəyi verilməsinə qarşı çıxır

2022-01-14

gun az article

Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb

2022-01-14

gun az article

Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək

2022-01-14

gun az article

Urmuda avtobus sürücüləri yenidən aksiya keçirib

2022-01-14

gun az article

Güclü qar Xoyda həyatı iflic etdi: Onlarla kəndin yolu bağlanıb

2022-01-14

gun az article

Güneyli yazıçı Qulamhüseyn Saidinin doğum günüdür

2022-01-14

gun az article

Marağada Beynəlxalq Sərgi Salonunun tikintisinə vəsait ayrılmır

2022-01-14

gun az article

Azərbaycan musiqisi festivallara buraxılmır- Təbrizli sənətçi "Tehran mafiyası"nı suçlandırdı

2022-01-14