SON XƏBƏRLƏR

Məkarim Şirazi Ruhaninin son bəyanatına qarşı çıxdı: “Siz, sekulyar demokratik bir ölkənin yox, islam respublikasının prezidentisiniz”

2021.10.20, 07:36
Məkarim Şirazi Ruhaninin son bəyanatına qarşı çıxdı: “Siz, sekulyar demokratik bir ölkənin yox, islam respublikasının prezidentisiniz”

Gunaz.tv

GünAzTV: Qum dini dairəsinin (mollaxanasının) axundu Nasir Məkarim Şirazi yanvarın 23-də “xaric fiqh” dərsində çıxış edərək, İran prezidenti Həsən Ruhaninin üç gün əvvəl ölkədəki hicab və sosial şəbəkələrlə bağlı son bəyanatına kəskin reaksiya verib.

 

Ruhaninin hicaba görə qadınlara təzyiq göstərilməsini və sosial şəbəkələrə süzgəc qoyulmasını tənqid etməsinə toxunan axund Məkarim Şirazi ölkə prezidentinə səslənərək, onun məsələyə yanaşma tərzinə etiraz bildirib: “Təəssüflər olsun ki, son günlər prezident cənabları ölkədəki hicab və virtual aləmlə bağlı iki xoşagəlməz və pis cümlə işlətdi. Halbuki, virtual aləmdə baxın görün nə fəsadlar və əxlaqsızlıqlar baş verir. Biz virtual aləmə qarşı çıxmır, onu inkar etmirik. Lakin hesab edirik ki, bu fəsadların qarşısı alınmalıdır.

 

Prezident and içib ki, ölkəmizdəki islami dəyərləri qoruyub saxlasın. Elə buna görə də, hesab edirik ki, o içdiyi anda sadiq qalmalı, öz səhvlərini düzəltməlidir. Cənab prezident, qərblilərin etirafına görə, bu gün biz regionun birinci gücüyük. Bu isə məhz islama görədir. Ona görə də düşünürəm ki, bunu qoruyub saxlamaq lazımdır. Unutmayın ki, siz sekulyar demokratik bir ölkənin yox, islam respublikasının prezidentisiniz”.

 

Xatırladaq ki, Həsən Ruhani yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  rəsmiləri qarşısında çıxış edərək, ölkədə hicaba görə qadınlara təzyiq göstərilməsindən, azad medianının olmamasından və sosial şəbəkələrə süzgəc qoyulmasından gileylənib.

 

 

Ölkədə rəsmi qurumların sosial şəbəklərə süzgəc qoyulması siyasətinin məğlubiyyətə uğradığını etiraf edən Ruhani deyib ki, ölkədə azad medianın olmaması səbəbindən insanların əksəriyyəti ölkədə və dünyada baş verənlərdən xəbərdar olmaq üçün virtual aləmə üz tutur: “Virtual aləmdə yaranmış sıxlıq da məhz bununla əlaqədardır. İnsanlar hər şeyi virtual aləmdə bəyan etmək istəyirlər. Hesab edirəm ki, ümumxalqın istəyinə qarşı çıxmaq düzgün deyil və qanuni sayılmır.

 

Bizim ölkədə azad mediamız yoxdur. Yalnız bircə dövlət tele-radiosu var ki, o da insanları qane etmir. Elə buna görə də, insanlar azad informasiya əldə etmək üçün kütləvi şəkildə ağıllı mobil telefonlarından istifadəyə üstünlük verir, virtual aləmə üz tuturlar. Sosial şəbəkələrə süzgəc qoyulması məsələsinə gəlincə, qəbul etməliyik ki, biz bu addımı atmaqla səhvə yol vermişik. Əməldə hamıya bəlli oldu ki, bu bir çıxış yolu deyil və mövcud problem qadağalar tətbiq etməklə öz həllini tapa bilməz. 

 

Bizlər təsəvvür edirik ki, yer üzündə yaşayan insanları nəzarətdə saxlamaq üçün səmadan bizə hansısa bir səlahiyyət verilib, yaxud əlimizdə səmavi bir fərman var və biz onu yerinə yetirməliyik. Bu isə səhv bir düşüncədir və belə bir şey yoxdur”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar