Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur

24.09.2018, 13:01

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur məktəblərdə rus dilinin yerinə türk dilinin tədris olunmasını istəyib.


Millət vəkili bu barədə sentyabrın 23-də parlamentdə çıxış edib.

“Türk dilinin tədris olunmasına xüsusi əhəmiyyət verilməlidir. Bu, dövlətin vəzifəsidir. Hesab edirəm ki, məktəblərdə rus dilinin yerinə türk dili tədris olunmalıdır”- deyə o bildirib.

 

Millət vəkili Azərbaycan şəhər və kəndlərində təhsil sahəsində olan problemlərə də toxunub.

“İslam cümhuriyyətinin sayəsində əksər şəhərlərdə şagirdlərin imkanları artıb. Misal üçün böyük şəhərlərdə valdeynlər SMS vasitəsi ilə uşaqlarının məktəbdən çıxmasını öyrənir. Azərbaycanda isə vəziyyət fərqlidir. Bir çox şagird yayın isti havası və qışın soyuğunda palçıq evlər, köhnə məktəblər və hətta kanekslərdə (dəmirdən düzəldilmiş otaqlar) təhsil alırlar”- deyə N.Qazipur əlavə edib.

 

İran Təhsil Nazirliyi Ali Şurasının rəis müavini Əhməd Abdini 2016-ci ildə bildirmişdir ki, bundan sonra məktəblərdə alman, fransız. italyan. ispan və rus dilləri tədris olunacaq.

“Məktəbdə hər xarici dilin tədrisi üçün ən azı 15 şagird olmalıdır. Bu sayıda şagird olarsa xarici dilin tədrisi üçün dərs otağı təşkil oluna bilər”- deyə o əlavə etmişdir.

 

Ötən aylarda isə İranın təhsil naziri Məhəmməd Bəthayi Rusiya məktəblərində fars dilinin tədris olunması barədə Rusiya rəsmilərinə təklif irəli sürüb.

 

İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Bunu, rejimin irqçi siyasətindən başqa heç bir məntiqlə izah etmək mümkün deyil.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30