SON XƏBƏRLƏR

Məlayerdə güclü yağıntılar 2 nəfərin ölümünə səbəb oldu

2021.10.20, 07:36
Məlayerdə güclü yağıntılar 2 nəfərin ölümünə səbəb oldu

Gunaz.tv

GünAz TV: Həmədan Əyalətində yerləşən Məlayer şəhərinin Mişən kəndində 2 nəfər güclü yağıntıların qurbanı olub.

 

Yerli mətbuatın yaydığı məlumata görə, bu barədə Məlayer Qızıl Aypara Cəmiyyətinin rəsmisi məlumat verib.

 

“Son günlərdə bölgədə yağıntılar artıb. Mişən kəndində bir neçə ev dağılıb, bunun nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bölgədə 1383 evə 10-100 faiz arasında ziyan dəyib. Kənd təsərrüfatına dəyən ziyanın məbləği isə 800 milyard rialdan çoxdur. Hazırda Məlayerin ən böyük bəndi də  yağıntılar səbəbindən daşıb. Bəndin suyu Hərəmabad çağına axır, ona görə də bu çayın ətrafında yerləşən kəndlərin əhalisinə daşqınla bağlı xəbərdarlıq edilib.”- deyə o bildirib.

 

Son iki gündə Məlayer məntəqəsində yağan qar və yağışın miqdarı 130 mm, ötən 12 gündə 235 mm və sonuncu əkin ilində 560 mm-dən ibarət olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar