Məlikanlı bələdiyyə işçisi 5 il həbs cəzasına məhkum edilib

2021-01-30 10:55

Məlikan (Məlik Kəndi) şəhərinin bələdiyyə işçisi Babək Ağazadə Marağa şəhər məhkəməsinin hakimi Məhəmməd Cabbari tərəfindən verilən hökmə görə 5 il həbs cəzasına məhkum olunub.

Gunaz.tv Quote | Gunaz article

B.Ağazadəyə “müxalif təşkilata üzv olmaq” ittihamı ilə 4 il, “hökumətə qarşı təblığat” ittihamı ilə 1 il iş verilib. Qərar son günlər Babək Ağazadə və onun vəkili Səccad Vəlibəyliyə bildirilib.

 

B.Ağazadə 2019-cu ilin noyabr etirazları ilə əlaqədar, 16 dekabr 2019-cu ildə mülki geyimli təhlükəsizlik məmurları tərəfindən Məlik Kəndində saxlanılaraq Təbrizin ETTELAAT idarəsinə göndərilmişdi. O, 2 ay istintaqdan sonra Təbriz zindanına köçürüldü və sonda 600 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxıldı.

 

Onun yaxınlarının bildirdiyinə görə, məhkumun ailəsi İran təhlükəsizlik məmurlarının təqib və təzyiqlərinə məruz qalıb. Təhlükəsizlik məmurları Babək Ağazadənin atasına hədə-qorxu gələrək ondan oğluna qarşı “etiraf”lar alıb və səsini yazıblar.

 

Qeyd etmək lazımdır ki, İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazları zamanı 1500-dən çox insan polis və təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək qətlə yetirilmiş, minlərlə insan yaralanmış və həbs edilmişdi.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15