SON XƏBƏRLƏR

Məlikanlı soydaşımız Polis İdarəsində işgəncələr altında həlak olub

2021.10.20, 07:36
Məlikanlı soydaşımız Polis İdarəsində işgəncələr altında həlak olub

Gunaz.tv

GünAz TV: Məlikanlı bir soydaşımız Binab Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq idarəyə aparılıb, təcridxanada qəddarcasına işgəncə edilən kişi yerindəcə həlak olub.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, Höccət İqtisadi sentyabrın 11-də Binab polisi tərəfindən işgəncə edilərək öldürülüb.

 

Bu barədə İqtisadi ailəsinə yaxın bir mənbə “Herana”ya məlumat verib.

“Bu adam bir müddət əvvəl özünə xəsarət yetirdiyi üçün Binabın Xomeyni xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanadan ona sakitləşdirici dərmanlar verilib, bundan sonra onda müəyyən psixi pozuntular əmələ gəldi. Höccət xəstəxananı tərk etmək istədiyi üçün onunla xəstəxana məmurları arasında qarşıdurma yaranıb. Hadisə ilə bağlı Polis İdarəsinə xəbər verilib. Polis əməkdaşları xəstəxanaya müraciət edib və Höccəti saxlayıblar. Binab Şəhər Polis İdarəsinə aparılan Höccət orada nədənsə qəddarcasına işgəncə edilib və aldığı xəsarətlər nəticəsində həlak olub”- deyə o bildirib.

 

Polis əməkdaşları elə birinci gecə İqtisadi ailəsi ilə əlaqə saxlayaraq Höccətin ürəyinin dayandığını bildirib və sentyabrın 12-də Polis İdarəsinə müraciət edərək meyitinin təhvil alınmasını tələb ediblər.

 

Höccətin ailəsi meyiti təhvil aldıqdan sonra cəsəddə çoxlu göyərmə və işgəncə izlərininin göründüyünü bildiriblər. Onların sözlərinə görə, Höccət Polis İdarəsinə aparılmadan əvvəl onun bədənində belə izlər olmayıb.

 

İranda müvəqqəti saxlanma yerlərində davamlı olaraq işgəncələr altında ölüm faktlarına rast gəlinir. Məhkəmə çox nadir hallarda belə hadisələrə müdaxilə edir və işgəncə edən məmurları cinayət məsuliyyətinə cəlb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar