SON XƏBƏRLƏR

Məmmədyarov Prezident Əliyevin cavabını Medvedevə çatdırıb

2021.10.20, 07:36
Məmmədyarov Prezident Əliyevin cavabını Medvedevə çatdırıb

Gunaz.tv

GünAz TV: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ üzrə təkliflərinə dair cavabı təqdim edib.

 

Gün.Az-ın “Rusiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında Azərbaycan XİN-nin (Xarici İşlər Nazirinin) rəhbəri E.Məmmədyarov bəyan edib.

 

“Rusiya ABŞ (Amerika Birləşmiş Ştatları) və Fransa ilə birlikdə münaqişə tərəflərinə ATƏT (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) çərçivəsində nəticəyə gəlməkdə kömək edir”, - Lavrov bildirib.

 

 Azərbaycan XİN-nin rəhbəri hesab edir ki, danışıqlar prosesində (sürəcində) hər şey Azərbaycandan asılı deyil. Onun sözlərinə görə, Ermənistanın da bu təklifləri cavablandırmasını gözləmək lazımdır.

 

“Lakin biz hesab edirik ki, danışıqlarda irəliləyiş var, biz tədricən hər kəsin hazırkı vəziyyətin heç kəsi, o cümlədən qonşularımızı da qane etmədiyini anlayacağı bir xəttə doğru irəliləyirik”, - E.Məmmədyarov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar