SON XƏBƏRLƏR

Məmurlar küçə ticarəti ilə məşğul olanlara hücum edib – Aslanduzda / VİDEO

2021.10.20, 07:36
Məmurlar küçə ticarəti ilə məşğul olanlara hücum edib – Aslanduzda / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcılar və küçə ticarəti ilə məşğul olanlara qarşı təhqiramiz hərəkətləri və onları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

 

Bu dəfə Aslanduz küçələrində meyvə satan satıcılar Bələdiyyə İdarəsinin “sədd-i məbər” məmurları və polis əməkdaşlarının hücumuna məruz qalıb. Məmurlar satıcıları döyərək onları yaxalayıb idarəyə aparmağa çalışıblar.

 

Bəzi mənbələr məmurların satıcılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini bildirib.

 

https://www.youtube.com/watch?time_continue=73&v=m5CVRUClO7o

 

Oxşar hadisə ötən həftə Xoy şəhərində baş vermişdir. Bələdiyyə İdarəsinin məmurları bir satıcının meyvələrini dağıdıb ayaqlar altına atdıqdan sonra onu təhqiramiz şəkildə döymüşdülər.

 

Son aylarda onlarla azərbaycanlı satıcı, Təbriz, Urmiyə, Qoşaçay, Xoy, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, Güney Azərbaycanda son vaxtlar səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar