SON XƏBƏRLƏR

“Mən Təbrizdə nəzarət altındayam” deyən Möhsün Fruzanın yalanı üzə çıxıb

2021.10.20, 07:36
“Mən Təbrizdə nəzarət altındayam” deyən Möhsün Fruzanın yalanı üzə çıxıb

Gunaz.tv

GünAz TV: Aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzduran Möhsün Fruzan Azərbaycan klubu və onun tərəfdarları haqda böhtan xarakterli şayiə yayıb.

 

Möhsün Fruzan “Traxtur”un qapıçısı kimi super liqa yarışlarının 25-ci həftəsində keçirilən görüşdə qəsdən zəif oynayıb, onun tərəddüd içində olduğunu bütün tamaşaçılar fərq edib. Qapıçının bu hərəkəti super liqa yarışlarının yekunlaşmasına bir neçə həftə qalmış baş verib, bunun nəticəsində “Traxtur” komandası böyük hesabla məğlub olub. Bu o deməkdir ki, “Traxtur” artıq super liqanın çempionu olmaqdan məhrum edilib. Oyun zamanı hakim Rza Məhdəvi də qərəzli mövqe sərgiləyib və bir çox yanlış qərarlar verib. Hadisəyə komanda tərəfdarları ilə yanaşı klub rəhbərliyi və bəzi yerli məsullar, o cümlədən Təbrizin millət vəkili Əhməd Əlirzabeygi etiraz bildirib.

 

Bütün bunlar yetməmiş kimi Möhsün Fruzan “Traxtur” klubu və onun tərəfdarlarına qarşı böhtan xarakterli şayiə də yaymaqdan çəkinmir. Edilən etirazlar nəticəsində Futbol Federasiyasının İnzibati Komitəsinə çağırılan futbolçu komitəyə getməkdən imtina edib. O iclasa qatılmadığını guya özünə qarşı edilən təzyiqlərlə izah etməyə çalışıb. “Mən Təbrizdə nəzarət altındayam, təhlükəsizlik məsələləri ilə bağlı evdən çıxa bilmirəm”- deyə futbolçu bildirib.

 

Mətbuatda yayılan məlumata görə, Möhsün Fruzanın yalanının üstü qısa müddətdə açılıb. Bir neçə “Traxtur” tərəfdarı futbolçunu Tehranda gördüklərini bildirərək onun ağ yalanını ifşa ediblər.

 

Bütün bunlar göstərir ki, “Traxtur” super liqanın çempionu olmasın deyə xüsusi ssenari hazırlanıb, Möhsün Fruzan isə bu ssenarinin tərkib hissəsidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar