“Mənim adım Ayıl”; uşaqlara türkcə ad verilməsinə qoyulan qadağaya etirazlar davam edir

2020-09-27 12:17

Güney azərbaycanlı milli fəallar azərbaycanlı uşaqlara türkcə ad verilməsinə qoyulan qadağalar və ailələrə göstərilən təzyiqlərə qarşı sivil etirazlarını davam etdirirlər.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, ərdəbilli vətəndaşlar şəhərin müxtəlif parklarında divarlara üzərinə “Ayıl” adı yazılan əl şəkildə etiketlər yapşıdırararq İran hakimiyyətinin adı türkcə olan uşaqlara şəxsiyyət vəsiqəsi verməmək siyasətinə etirazlarını bildiriblər.

 

Ərdəbilli vətəndaşların simvolik hərəkəti ilk olaraq 2015-ci ildə Almaniyanın Berlin şəhərindəki bir məktəbdə, şagirdlərin adlarını dəyişdirmək və istədikləri bir ada sahib olmaq hüququ ilə bağlı keçirilən sorğudan ilhamlanıb. Belə ki, hər şagirdin sahib olmaq istədiyi ad əl şəklində olan etiketə yazılaraq sinfin şüşələrinə yapışdırılmışdır.

 

Qeyd edək ki, Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 2 aydır ki, şəxsiyyət vəsiqəsi verilmir.

 

Ötən günlərdə, ərdəbilli vətəndaşlar şəhərin müxtəlif küçə və məhəllələrində divarlara “sistemli irqçiliyə son!”, “şovinist düşüncəyə yox!”, “Övladıma hökumət ad seçə bilməz!”, “irqçiliyə ar olsun!”, “uşağa ad vermə hüququ təmin olunmalıdır!”, “mənim adım Ayıl!” və s. kimi şüarlar yazaraq İran hakimiyyətinin insan hüquqlarına zidd olan bu hərəkətinə etirazlarını bildiriblər.

 

Uşağın atası azərbaycanlı milli fəal və sənətkar Səccad Colani ötən həftələrdə Ərdəbilin Qeydiyyat Şöbəsinin qarşısında çəkdiyi videoda bildirib ki, şöbənin məsulları ona “Ayıl” adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu deyiblər.

 

Qeydiyyat Şöbəsinin məsullarının dediyinə görə, Tehranda üç fars ədəbiyyatı mütəxəssisindən ibarət olan heyət Ayıl adına şəxsiyyət vəsiqəsinin verilib verilməməsi barədə qərar verəcəklər.

 

Şöbənin məsulları həmçinin şifahi olaraq Colani ailəsinə seçdikləri adın təsdiqlənməyəcəyini bildiriblər.

 

Colaninin fikrincə, “İran rejimi xalqın ayılmasından vahiməli olduğu üçün türkcə Ayıl adının qeydiyyata alınmasına qarşı çıxır”.

 

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb.

 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə böyük narkobiznes şəbəkəsi aşkar edilib

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16