SON XƏBƏRLƏR

Mərakeş xarici işlər naziri İranı Afrikanın şimalında nüfuzunu artırmağa cəhddə günahlandırıb

2021.10.20, 07:36
Mərakeş xarici işlər naziri İranı Afrikanın şimalında nüfuzunu artırmağa cəhddə günahlandırıb

Gunaz.tv

GünAzTV: Mərakeşin xarici işlər naziri Nasir Buritə sentyabrın 18-də jurnalistlərə açıqlamasında İranı ölkəsində, eləcə də Şimali Afrika ölkələrində nüfuzunu artırmağa cəhddə günahlandırıb.

 

O bildirib ki, Mərakeş Vaşinqtonun İranla bağlı siyasətini dəstəkləyir: “İran Şimali Afrikada fəal olmağa, öz mövcudluğunu qoruyub saxlamağa çalışır. İran Mərakeşdə də öz mövcudluğunu genişləndirməyə çalışır. Hazırda da Şimali Afrikanın digər ölkələrində bu siyasətini aparır. Onlar bəzi afrikalı gənclərə maddi şərait yaradaraq, onları İranda təhsil almağa cəlb edirlər. Bu isə qəbuledilməzdir.

 

İranın Rabatdakı mədəni mərkəzinin rəsmilərindən biri tez-tez Mərakeşin kiçik şəhərlərinə səfər edir, üzdəniraq kitab sərgisi keçirirdi. Bu isə bizdə belə bir sual yaratdı ki, görəsən bu şəxs niyə getdiyi yerlərdə İranda çap olunmuş kitablar paylayır. Sonradan bəlli oldu ki, həmin şəxs, gəncləri İranın dini mərkəzlərində təhsil almağa cəlb edirmiş. Məlum oldu ki, İran hər il 10-dan 120 nəfər afrikalı gənci cəlb edərək, onları dini təhsil almaq üçün İranın Qum şəhərinə göndərirmiş. Məhz bu məsələyə görə də, bizim 2009-cu ildən 2016-cı ilə qədər İranla heç bir əlaqələrimiz yox idi və biz Tehranla bütün münasibətlərimizi kəsmişdik”.

 

Həmin gün, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında Nasir Buritənin Tehranın Şimali Afrika ölkələrinin daxili işlərinə qarışması ilə bağlı bəyanatına  cavab verib.

 

 

O, Buritənin İrana qarşı irəli sürdüyü ittihamları rədd edərək bildirib ki, İranla Afrika ölkələri arasındakı münasibətlər, bir-birinin milli hakimiyyət haqqına ehtiram və qarşılıqlı əməkdaşlıq prinsipinə söykənir: “Ölkəmizə qarşı irəli sürülən bu kimi ittihamlar, digər ölkələrin diktəsi ilə dilə gətirilir. Təəssüflər olsun ki, Mərakeşin xarici işlər naziri Afrika məsələlərinə real yanaşmaq əvəzinə, Ağ Evin Afrikaya zidd yürütdüyü siyasətini dəstəkləyir və onlarla onlarla eyni mövqedən çıxış edir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar