SON XƏBƏRLƏR

Mərasimlərdə türk dilindən istifadə edənlərin sayı getdikcə artır – Güney Azərbaycanda / GÖRÜNTÜ

2021.10.20, 07:36
Mərasimlərdə türk dilindən istifadə edənlərin sayı getdikcə artır – Güney Azərbaycanda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda milli kimlik və ana dilini qoruyub saxlamaq məqsədi ilə gündəlik qeyri-rəsmi yazışmalarda əksərən türk dilindən istifadə olunur, bu proses günü-gündən güclənir.

 

Türk dilindən geniş şəkildə istifadə etmək Azərbaycan Milli Hərəkatının gücləndiyi illərdə əsasən toy və yas mərasimləri kimi ictimai yerlərdən başladı, hazırda bütün şəhər və kəndlərdə təhlükəsizlik qüvvələrinin bir başa müdaxiləsi olmadığı zaman əksər banner, bildiriş və plakatlar türk dilində yazılır.

 

Aaşağıdakı görüntü bazar günü Muğan məntəqəsində keçirilən bir yas mərasiminə aiddir. Bu mərasimdə bütün bildirişlər, həmçinin başsağlığı bannerlərinin türk dilində yazıldığı bildirilir.

 

Yas mərasimi tanınmış azərbaycanlı milli-mədəni fəal Vəhid Nərimanın atası mərhum Babollah Nərimana aiddir.

 

Güney Azərbaycanda bildiriş və bannerlərin türk dilində yazılmasının böyük rəğbətlə qarşılanması türk dilində təhsilə sosial tələbatın olduğunu göstərir.

 

Bu il ötən illə müqayisədə şəhərlərdə Novuz bayramını türk dilində təbrik edən bannerlərin sayı da artıb. Beynəlxalq Ana Dili Günü, Novruz bayramı və bəzi mərasimlərdə türk dilində yazılmış kitabların hədiyyə edilməsi də ənənəyə çevrilməkdədir. Bütün bunlar azərbaycanlıların türk dilinə olan rəğbəti və Azərbaycan Milli Hərəkatının güclü mövqedə olduğunu sübut edir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar