Mərənd şəhərində türkcə təqvimlərin çapına qadağa qoyulub

2021-03-10 10:42

Bu qadağanı hökumət heç bir qanuni və icra edici səlahiyyəti olmayan yerli və qeyri-türk təşkilatların və sinfi birliklərin vasitəsi ilə həyata keçirməyə başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Təbrizin “azaranjoman” xəbər saytında bu barədə “Mürtəza Müqəddəm” yazıb. Məlumata görə, Mərənd şəhərinin “Fotoqçılar, Komputer və Çap Xidmətləri Birliyi” yeni günəş ili və yaz bayramı münasibəti ilə türkcə təqvim və təbrik posterlərinin çap edilməməsi barədə şəhərdə fəaliyyət göstərən komputer və çap xidmətləri mərkəzlərinə xəbərdarlıq edib.

 

M.müqəddəm “məhdud sayda da olsa türk dilində öyrənci nəşrlərinin buraxılmasını, ədəbi əsərlərin türkcəyə tərcüməsini və türk dilində təqvimlərin çapını türk dilinin qorunub saxlanılmasına dair azərbaycanlıların istəyini və bununlada 15-ci maddənin icrasına umud etdiklərini” yazıb.

 

Müqəddəm yuxarıda qeyd olunan qanunsuzluqların “bu umudu puça çıxardığını və Ana dili ilə bağlı ölkə konstitusiyasının 15-ci maddənin icrası yönündə közərən işıqların söndürüldüyünü” vurğulayıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın bəzi şəhərlərində hökumət və təhlükəsizlik orqanlarının nəzarəti altında çalışan və bir sıra yazılı və onlin mətbuat orqanlarını idarə edən qruplar türk dili və Azərbaycan türkləri əleyhinə davamlı təbliqat aparırlar.

 

Onlar türk dilinin “ölkənin torpaq bütövlüyünə qarşı təhlükə” olduğunu və türk fəallarının Azərbaycan Respublikası, Türkiyə Cumhuriyyəti və Qərbin “əlaltıları” olduğunu təbliq edirlər.

 

Onların heç bir qanuni səlahiyyətləri və icraedici gücləri olmasada, əlaqədar dövlət idarələrinin dəstəyi nəticəsində bir sıra “uğurlar” qazana bilirlər. Buna son nümumə olaraq, Mərənd şəhərində türkcə təqvim və təbrik posterlərinin çapının qadağan edildiyini göstərmək olar.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04