SON XƏBƏRLƏR

Mərənddə “Barış” musiqi qrupunun konserti ləğv olunub

2021.10.20, 07:36
Mərənddə “Barış” musiqi qrupunun konserti ləğv olunub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərində “Barış” musiqi qrupunun konserti Ümumi Məkanlara Nəzarət İdarəsi (Əmakin) tərəfindən ləğv edilib.

 

Konsert fevralın 14-də keçirilməli idi, lakin rəsmi orqan Sevgililər Gününə (Müqəddəs valentin günü) təsadüf etdiyini bəhanə edərək konsertin keçirilməsinə qadağa qoyub.

 

“Barış” musiqi qrupunun müdiri və müğənnisi Məsud Əmirsepehr bu barədə İnstaqram səhifəsində bir mətn paylaşıb:

“Təəssüflər olsun ki, qanunla nəzərdə tutulmuş prosedur keçildikdən və icazə alındıqdan sonra mənim və ümumiyyətlə “Barış” qrupunun konserti Mərənd Şəhər Ümumi Məkanlara Nəzarət İdarəsinin maneçiliyi ilə Sevgililər Gününə təsadüf etdiyi üçün ləğv olundu. Ona görə də bu gün fevralın 14-də Mərənd konserti baş tutmayacaq”- deyə o qeyd edib.

 

Güney Azərbaycan şəhərlərində Azərbaycan musiqi qruplarının türkcə konsert keçirmələri hər zaman problemlərlə üzləşir. Bu o halda baş verir ki, fars bölgələrindən olan musiqi qrupları, hətta Azərbaycan şəhərlərində konsert keçirmək üçün heç bir mane ilə  üzləşmir. Bütün bunlar Azərbaycana qarşı sistemli ayrı-seçkilikdən xəbər verir. Ötən aylarda azərbaycanlı sənətkar Peyman Keyvaninin Ərdəbildə keçirilməsi nəzərdə tutulan konserti ləğv olunmuşdur. Bu qanunsuzluqdan şikayətlənən sənətkar gitarasını yandıraraq konsertinin ləğv olunmasına etiraz bildirmişdir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar