SON XƏBƏRLƏR

Mərənddə tükürpədici hadisə: Narkoman ata azyaşlı uşağına dəhşətli işgəncələr verib – VİDEO

2021.10.20, 07:36
Mərənddə tükürpədici hadisə: Narkoman ata azyaşlı uşağına dəhşətli işgəncələr verib – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərində tükürpədici hadisə baş verib.

 

Məlumata görə, narkoman bir ata Nazənin Zəhra adlı azyaşlı qızını dəhşətli şəkildə işgəncə edərək hadisənin videosunu uşağın anasına göndərib.

 

Video iki gündür sosial şəbəkələrin istifadəçiləri tərəfindən paylaşılır.

 

Bu barədə uşağın anası jurnalistlərə məlumat verib.

 

“Həyat yoldaşım ailəsinə bağlı olmadığı üçün 1.5 il əvvəl ayrıldıq. Lakin o hələ də bizi təhdid edir və müxtəlif problemlər yaradır. O son vaxtlar mən evdə olmadığım zaman evə gələrək anamı aldadıb və uşağı özü ilə aparıb”- deyə uşağın anası bildirib.

 

Narkoman ata uşağı anasından oğurladıqdan sonra onu  dəhşətli işgəncələrə məruz qoyaraq videosunu anasına göndərib. O irəli sürdüyü tələblərlə razılaşılmayacağı təqdirdə azyaşlı uşağa cinsi təcavüz etməklə keçmiş həyat yoldaşını təhdid edib.

 

Videonu gördükdən sonra ürəyi dözməyən ana zəhərli həblər ataraq intihara cəhd edib, lakin o qonşular tərəfindən xəstəxanaya aparılıb və ölümdən xilas edilib.

 

Video yayıldıqdan sonra məhkəmə orqanları narkoman atanın yaxalanması ilə bağlı qərar qəbul edib. Onun avqustun 16-da təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir. Artıq Nazənin Zəhranın anasına qovuşduğu da qeyd olunur.

 

İranda ölkəyə hakim kəsilən ağır ictimai və iqtisadi vəziyyət bir çox problemlərə səbəb olur. Ölkədə geniş şəkildə yayılan narkomaniya, işsizlik, yoxsulluq və s. kimi ictimai problemlər gün keçdikcə genişlənir, bu vəziyyət bütün cəmiyyəti təhdid edir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=15&v=zLxidrE7Xv0

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar