SON XƏBƏRLƏR

Mərəndin millət vəkili Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətini tənqid edib – VİDEO

2021.10.20, 07:36
Mərəndin millət vəkili Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətini tənqid edib – VİDEO

Gunaz.tv

GünAz TV: Mərənd və Culfanın İran parlamentindəki millət vəkili rejimin Azərbaycana qarşı yol verdiyi ayrı-seçkilik siyasətini tənqid edib.

 

Məhəmməd Həsənnəjad bu barədə dekabrın 2-də parlamendə çıxış edib.

 

O Şərqi Azərbaycanın yeni təyin olunmuş valisini təbrik edərək bildirib ki, prezident yeni valinin təqdimat mərasiminə birinci müavinini göndərməli idi, lakin bir nazir müavini göndərildi. Bu, Azərbaycana lazımi qədər diqqət yetirilmədiyini göstərir.  

 

“Azərbaycanlılar arasında ayrı-seçkiliyə məruz qaldıqları ilə bağlı fikir formalaşıb. Onlar soruşur ki, nə üçün körfəzdən və Karun çayının su ayrıclarından lazımi yerlərə su intial edilə bilir, lakin Urmu gölünə su intiqal etməyə vəsait tapılmır?! Nə üçün İsfahanın sürətli qatar layihəsi istifadəyə verilir, lakin Təbriz-Miyana qatarı 17 ildir ki, işə düşmür?! Eləcə də Araz çayının suyu Mərənd, Hərzəndat və Yekanat düzünə axıdılmır. Şimal avtobanı tikilir, amma Təbriz-Mərənd-Bazirqan avtobanı tikilmir?!”- deyə o bildirib.

 

Ayrı-seçkilik hissinin Azərbaycan əhalisini narahat etdiyini vurğulayan millət vəkili ölkə prezidenti və parlamentin rəyasət heyətini bu məsələni ciddiyə almağa çağırıb.

 

https://www.youtube.com/watch?time_continue=7&v=EcDx4Mu78Ao

 

 

Güney Azərbaycan iqtisadi, mədəni, ictimai və s. kimi sahələrdə İran rejiminin ayrı-seçkilik siyasəti ilə üzləşir. Ağır iqtisadi durum, məktəblərin bərbad vəziyyətdə olması və təhsil sahəsindəki digər problemlər, bölgədə cinayət hadisələri, intihar, narkomaniya və boşanma hallarının günü-gündən artması İran rejiminin Azərbaycana qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasətinin nəticəsidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar