SON XƏBƏRLƏR

Mərhum Həsən Dəmirçinin anım mərasimi keçiriləcək – İstanbulda

2021.10.20, 07:36
Mərhum Həsən Dəmirçinin anım mərasimi keçiriləcək – İstanbulda

Gunaz.tv

GünAz TV: Türkiyənin İstanbul şəhərində ötən günlərdə Təbrizdə vəfat edən tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin (Həsən Azərbaycan) anım mərasimi keçiriləcək.


Məlumata görə, mərasim iştirakçıları mərhum azərbaycanlı fəalı yad etməklə yanaşı Azərbaycan Milli Hərəkatının cari məsələlərini də müzakirə edəcəklər.


Mərasim iyulun 14-ü Ankara vaxtı ilə saat 18:00-da Küçük Ayasofiya məhəlləsində yerləşən Əhməd Yəsəvi Vakfında keçiriləcək.


Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.


Mərhum Həsən Dəmirçi iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında dünyasını dəyişib. O bir gün sonra doğulduğu şəhərin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb.


Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdır.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar