SON XƏBƏRLƏR

Mərhum Qulamrza Əmaninin ildönümü mərasimi ilə əlaqədar saxlanılan fəallardan daha 3-ü müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Mərhum Qulamrza Əmaninin ildönümü mərasimi ilə əlaqədar saxlanılan fəallardan daha 3-ü müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Mərhum Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü ilə əlaqədar saxlanılan güney azərbaycanlı fəal Vəhid Əbhəri, Məhəmməd Mərdi və Fərhad Pakruh noyabrın 2-də müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Vəhid Əbhəri ötən həftə ildönümü mərasimi ilə əlaqədar saxlanılan fəalların arasında olub, lakin Məhəmməd Mərdi və Fərhad Pakruh oktyabrın 28-də mərasimlə bağlı saxlanılan fəallar azadlığa buraxıldığı zaman onları qarşıladıqları üçün saxlanmışdır.

 

Məhəmməd Mərdi və Fərhad Pakruhun 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxıldığı bildirilir.

 

Oktyabrın 25-də mərhum Qulamrza Əmaninin  vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar Təbrizdə Vəhid Əbhəri, Yusif Rəzəvi, Cəlil Bəyməhəmmədi, Şəhruz Bərzgər, Şahin Bərzgər, Babək Hüseyni, Hüseyn İsmaili və Behnam (soyadı müəyyən edilməyib) adlı fəallar Ettelaat əməkdaşları tərəfindən saxlanmışdır.

 

Vəhid Əbhəri istisna olmaqla adı çəkilən fəallar ötən bazar ərtəsi günü mülki vəsiqə qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.

 

Azərbaycanlı milli fəal mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 24-də Cəfər və Kərim adlı qardaşları ilə birlikdə şübhəli yol qəzasında həyatını itirib. O Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər həbs olunub və ağır işgəncələrə məruz qalmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar