SON XƏBƏRLƏR

Amerika dəniz qüvvələri İranın balıqçı gəmisində 385 kiloqram heroin aşkarlayıb - FOTO

2021.12.31, 08:43
Amerika dəniz qüvvələri İranın balıqçı gəmisində 385 kiloqram heroin aşkarlayıb - FOTO

Gunaz.tv

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki Beşinci Donanmasının sözçüsü Timoti Havkins (Timothy Hawkins) dekabrın 30-da mediaya açıqlamasında məlumat yayıb.

Müsadirə edilən heroinin 4 milyon dəyərində olduğuu deyən Timoti Havkins İranın balıqçı gəmisinin 9 ekipaj heyətinin saxlanılaraq dindirildiyini də açıqlayıb. 

Bildirilir ki, balıqçılıq adı altında narkotik maddələrin daşınması və satışı ilə məşğul olan həmin şəxslərin hamısı İran vətəndaşlarıdır.

Yayılan məlumatda İran gəmisinin sözü gedən heroini hansı ölkəyə daşıdığı açıqlanmayıb. 

Xatırladaq ki, Amerikanın dəniz qüvvələri iki həftə əvvəl külli miqdarda narkotik maddə daşıyan 5 İran dənizçisini ölümdən qurtarmışdı.

Hadisə dekabrın 14-də Omana yaxın beynəlxalq sularda Amerika dəniz qüvvələri bölgədə reyd keçirərkən baş vermişdi.

Amerika dəniz qüvvələrinin dediyinə görə, onlar İran gəmisini saxladıqdan sonra gəmidə yoxlama aparmaq istəyərkən iranlı dənizçilərdən birinin gəminin göyərtəsinə alovlandırıcı maye tökdüyünü görmüşdülər.

Nəticədə gəmidə partlayış və yanğın verməsinin ardınca Amerikalı qüvvələr 5 iranlı dənizçini ölümdən qurtarmış, bədən xəsarəti alan daha 2-sini isə müalicə almaları üçün Omanın tibb mərkəzlərinə köçürülmüşdü.

Bildirilir ki, Amerika qüvvələri İran gəmisində yoxlama apararkən ümumi dəyəri 14,7 milyon dollar olan 1745 kiloqramdan çox həşiş, 30 kiloqram heroin və 500 kiloqram metamfetamin aşkarlayaraq götürmüşdülər. 

The US navy confiscates heroin worth $4 million in the Arabian Sea

                                                                            İranın üzdəniraq "Balıqçı gəmisi"ndən aşkarlanan heroinlər

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar