Bu barədə Amerikanın Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.
O, media nümayəndələri ilə görüşündə polkovnik Həsən Səyyad Xudayinin öldürülməsi barədə məlumatı mediadan öyrəndiklərini və Amerikanın bu işdə əlinin olması ilə bağlı ittihamları qəbul etmədiklərini söyləyib.
Prays jurnalistlərin Co Baydenin SEPAH-ı terrorçu qruplaşmalar siyahısında saxlamaqla bağlı suallarına qısa cavab verib.
“Bu barədə deyəcəyim yeni bir söz yoxdur. İran danışıqların bərpasını istəyirsə imtiyaz verməlidir”-deyə, Ned Prays bildirib.
Qeyd edək ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.
İran rəsmiləri polkovnikin ölümündə İsrail və Amerikanın əli olduğu barədə iddialar səsləndiriblər.
Cavidan