SON XƏBƏRLƏR

Amerika SEPAH-ı terror təşkilatları siyahısında saxlayacaq

2022.05.25, 06:09
Amerika SEPAH-ı terror təşkilatları siyahısında saxlayacaq

Gunaz.tv

Məlumatda Baydenin mayın 24-də bu barədə İsrailin baş naziri Naftali Bennettlə telefon danışığı zamanı açıqlama verdiyi bildirilir.

“Prezident Baydenin İsrailin dostu olduğuna və bu ölkənin təhlükəsizliyinə önəm verdiyinə inanıram və arxayınam ki, o SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmasına icazə verməyəcək”-deyə, Bennett Co Baydenlə telefon danışığından sonra yaydığı bəyanatda bildirib.

Məsələ ilə bağlı Ağ Evin verdiyi bəyanatda da, İsrail və Amerikanın dost ölkə olduqları, İran və onun dəstəklədiyi terror qruplaşmalarının təhdidləri barədə danışıldığı qeyd olunub.

Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab Keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb.

Bu, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar