SON XƏBƏRLƏR

Amerika Albaniyaya kiberhücuma görə ETTELAAT naziri İsmayıl Xətibə sanksiya tətbiq edib

2022.09.09, 16:19
Amerika Albaniyaya kiberhücuma görə ETTELAAT naziri İsmayıl Xətibə sanksiya tətbiq edib

Gunaz.tv

Amerika bildirib ki, İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin dəstəklədiyi agentlər Albaniya hökumətinin kompüter sistemlərini sıradan çıxarıblar.

İyul ayında Albaniyanın hökumət infrastrukturuna edilən kiberhücumdan sonra sentyabrın 7-də bu ölkənin baş naziri Edi Rama Albaniya ilə İran arasında siyasi əlaqələrin kəsildiyini elan edib.

Amerika, Böyük Britaniya və NATO İranla əlaqəli hakerlərin Albaniyanın infrastrukturuna hücumlarını qətiyyətlə pisləyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar