SON XƏBƏRLƏR

Amerika Konqresinin 52 üzvü Baydenə İbrahim Rəisi ilə bağlı çağırış edib

2022.09.09, 10:00
Amerika Konqresinin 52 üzvü Baydenə İbrahim Rəisi ilə bağlı çağırış edib

Gunaz.tv

Məktubda ondan İbrahim Rəisiyə  BMT Baş Assambleyasının sentyabrın 20-də Nyu-Yorkda keçiriləcək iclasında iştirak etmək üçün viza verilməsinin qarşısını alması tələb edilir. 

Konqrs üzvləri bildirib ki, Amerika Rəsininin 1988-ci ilin yayında İranda insan haqlarının pozulması və edamlarla bağlı "rekord"unu görməzlikdən gələ bilməz.

Qeyd edək ki, bundan öncə avqustun 16-da da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.

Məktubda İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini istəyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar