SON XƏBƏRLƏR

Amerika Konqresi İranda bəhailərin sıxışdırılmasını pisləyib

2022.12.02, 10:56
Amerika Konqresi İranda bəhailərin sıxışdırılmasını pisləyib

Gunaz.tv

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Miks və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü David Sisilin bu gün İran rejiminin bəhai vətəndaşlara qarşı təqiblərini pisləyən ikipartiyalı güclü səsvermə ilə bağlı bəyanat yayıb.

"Son həftələr İran rejiminin dinc aksiyalar keçirən xalqa qarşı amansız repressiyalarının fonunda başqa din və məzhəblərdən olanlara qarşı da qəddar davranışları təəccüb doğurmur.

Bu gün həmkarlarımızla birlikdə İrandakı dini azlıqların və bəhai təriqətinə mənsub şəxslərin müdafiəsinə hazırıq",-deyə, Amerika Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbərinin bəyanatında qeyd edilib.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar