SON XƏBƏRLƏR

"Borrellin nüvə danışıqlarını canlandırmaq təklifi ilə bağlı avropalı tərəfdaşlarla əlaqə saxlayırıq"-Ağ Ev

2022.07.29, 05:33
"Borrellin nüvə danışıqlarını canlandırmaq təklifi ilə bağlı avropalı tərəfdaşlarla əlaqə saxlayırıq"-Ağ Ev

Gunaz.tv

Josep Borrellin təklifinə Amerikanın cavabının vaxtı ilə bağlı Ned Prays bildirib ki, Vaşinqton bu mövzuda avropalı müttəfiqləri və 5+1 qrupundakı tərəfdaşları ilə sıx təmasdadır.

"Anlaşma layihəsini nəzərdən keçiririk. Biz bunu tez bir zamanda etmək niyyətindəyik və hər hansı cavabımızı birbaşa Avropa Birliyi ilə paylaşılacaq"-deyə, Prays bildirib.

Ned Prays bildirib ki, Avropa Birliyinin xarici siyasət rəsmisi tərəfindən təqdim olunan yeni təklifin mətninin Vyanada nüvə danışıqlarında iştirak edən ölkələrin intensiv müzakirələrində hazırlanmış və mart ayından bəri müzakirə olunan razılaşmaya əsaslanır.

Amerika Dövlət Departamentinin sözçüsü Amerikanın nüvə danışıqlarının dondurulmasının səbəbkarı olmadığını, Ancaq İranın danışqılarının qarşılıqlı anlaşma şəraitində keçirilməsinə mane olduğunu deyib.

Prays Amerikanın nüvə danışıqlarının baş tutması təqdirdə növbəti ssenarilərə hazırlaşır.

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət rəsmisi Josep Borrell iyulun 26-da "Financial Times" qəzetində yayımlanan məqaləsində İranla nüvə sazişinin hədərə getməməsi üçün indi qəti qərar vermək vaxtı olduğunu yazıb.

"Dünya gücləri ilə İran arasında nüvə danışıqlarını canlandırmaq üçün aylardır nəticəsiz müzakirələr aparılıb və İranın bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edən Amerika ilə birbaşa danışmaqdan imtina etməsi danışıqlar prosesini çətinləşdirib"-deyə, Borell bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar